Günün qoroskopu
5 Aprel 2011 05:00
Göylərin mənzərəsi
5 aprel, çərşənbə axşamı, III Ay günü, Günəş - Qoçda, Ay - Buğada, Merkuri - Qoçda, Venera - Balıqlarda, Mars - Qoçda, Yupiter - Qoçda, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Gücünüz azdır. Ünsiyyətlərinizi çoxaldın. İşlərinizdə müvəffəq olmasanız da, cəhdlərinizə görə fərqlənəcəksiniz. Maliyyə durumunuzla bağlı problemləri yoluna qoymaqda çətinliklərlə üzlləşəcəksiniz. Səhhətinizi qoruyun.
Buğa - Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Biznes planlarını həyata keçirmək sizin üçün problem yarada bilər. Sevgi münasibətlərində yaxşılığa doğru irəliləyiş var. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.
Əkizlər - Səhhətinizə qarşı diqqətli olmalısınız. Özünüzü zəif hiss edəcəksiniz. Yaxın əhatəniz problemlərinizi həll etməkdə yardımçı olacaq. Maddi durumunuzu yüksəltmək üçün çalışmalarınızda əməli nəticələri artıra bilərsiniz. İnamla çalışın.
Xərçəng - Əsəbi ovqat həll oluna biləcək maliyyə məsələlərini çətinə sala bilər. Özünüzü güclü hiss edəcəksiniz. Sevgi münasibətlərində qarışılıqlı rəğbət üstünlük təşkil edəcək.
Şir - Şəxsi münasibətlərinizdəki uğursuzluq sizi ruhdan salmamalıdır. Problemlərinizin həlli yaxın adamlarla ünsiyyətlərin səmimiliyindən çox asılıdır. Hələ də sevgi məsələlərini həll edib qurtara bilmirsiniz.
Qız - Diplomatik imkanlarınızdan istifadə etməklə məsələləri yoluna qoymağa cəhd edin. Maliyyə problemlərini həll etməkdən ötrü yaxşı vaxt deyil. Səhhətinizdən ciddi şikayətiniz olmayacaq.
Tərəzi - Səhhətinizə qarşı diqqətli olun. Gücünüz çox deyil. Ondan səmərəli istifadə etməklə bir sıra problemlərinizi həll edə bilərsiniz. Maliyyə problemləri sizin üçün çətin həll olunanlardan deyildır.
Əqrəb - Biznes işləriniz alınmır. Çəkdiyiniz zəhmət müqabilində gözlədiyiniz bəhrəni görmək şanslarınız azdır. Səhhətinizdən şiklayətiniz olmayacaq. Pis xatiratı yaddan çıxarın.
Oxatan - Yaxın adamların yardımı ilə imkanlarınız, böyük şanslarınız yaranacaq. Gücünüzü boş yerə israf etməyin. Ən vacib və xeyirli məsələlrin həllinə yönəlin. Səhhətinizə qarşı diqqətli olmalısınız.
Oğlaq - Gücünüz çoxdur. İşləriniz yavaş-yavaş alınmaqdadır. Çəkdiyiniz zəhmətlər gözlədiyiniz əməli nəticəni vermir. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq imkanlarınızdan istifadə edə bilmirsiz. Ünsiyyətlərinizdə qayğıkeş olun.
Dolça - Əhval-ruhiyyənizdə sıxıntı olacaq. Özünüzü zəif hiss edəcəksiniz. Əsas fəaliyyətinizdə zəkanızın və istedadınızın səmərəsindən istifadə etməlisiniz. Maddi durumunuzu yüksəltmək şanslarınızı gerçəkləşdirin.
Balıqlar - Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. İşləriniz istədiyiniz qədər yaxşı alınmaqdadır. Ünsiyyətlərinizdə qarşılıqlı anlaşma yaranıb. Qənaətlə dolansanız, qazancınız işlərinizi sahmana salmaq üçün yetərli olacaq.
Milli.Az