Cəmiyyət

Azərbaycanın ekologiya naziri “Fukusima”dakı qəzanın ölkəmizə təsirinə aydınlıq gətirib

2 Aprel 2011 12:32
Baxış: 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanın radiasiya fonu tək yerli cihazlarla deyil, Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən quraşdırılmış və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan 6 stansiya ilə də izlənilir. Yaponiyadakı radiasiya Azərbaycanın radiasiya fonuna təsir etməyəcək". Trend-in məlumatına görə, bunu jurnalistlərə nazir Hüseynqulu Bağırov deyib. Onun sözlərinə görə, Azərbaycanda təbii radiasiya fonu 10 vahiddən 26 vahidədək dəyişir və faktiki göstəricilər bu rəqəmlər arasında dəyişir.

Martın 11-də Yaponiyada 9,0 maqnitudalı zəlzələ hündürlüyü 10 metrdən çox olan sunamiyə səbəb olub. Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 11 mindən çox insan həlak olub və 18 minə yaxını itkin düşüb. Zəlzələdən sonra Yaponiyanın "Fukusima-1" AES-də soyutma sistemlərinin sıradan çıxması ilə əlaqədar silsilə qəzalar qeydə alınıb. AES-dəki insidentlər nəticəsində bir neçə radiasiya sızması aşkar edilib ki, bu da hakimiyyəti AES-in ətrafındakı 80 kilometrlik zonadan əhalinin təxliyə edilməsinə məcbur edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.