Cəmiyyət

Azərbaycanlı bərbərin "bərbər" KOLLEKSİYASI - VİDEO

29 Mart 2016 21:36
2 Şərh     Baxış: 3 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salman İsmayılov bərbər sənəti ilə 16 ildir məşğuldur.

Hər bir sahənin həvəskarı var. Növbəti süjetimizin qəhrəmanı isə qeyri-adi işin həvəskarıdır. Salman İsmayılov bərbər sənətinə dair avadanlıqların kolleksiyasını yığır. O, Azərbaycanda yeganə olan bu kolleksiyanı zənginləşdirdikdən sonra bərbər muzeyi təşkil etməyi planlaşdırır .

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Salman İsmayılov bərbər sənəti ilə 16 ildir məşğuldur. Lakin buna təkçə iş kimi baxmır, kolleksioner kimi yanaşır. Elə işinə başladığı dövrdən bu günə kimi bərbər sənətinə aid alətlərin kolleksiyasını toplayır. Bunun da özünəməxsus tarixi var.

Kolleksiyanın alətlərinin əksəriyyətini xaricdən gətirildiyini deyən Salman İsmayılovun sözlərinə görə, onların arasında ən qədimi 1791-ci ilə aiddir. İngiltərədən gətirilmiş bu qayıçı poladdan və çuqundan hazırlanıb.

Kolleksiyanın bütün alətləri işlək vəziyyətdədir və istənilən vaxt istifadə edilə bilər. Lakin Salman İsmayılov oları qoruyur, əvəzinə isə özünün icad etdiyi alətlərdən istifadə edir.

Hazırda kolleksiyada 50-yə yaxın alətin olduğunu deyən Salman İsmayılov bununla kifayətlənmək niyyətində deyil. O, kolleksiyası zənginləşdikcə bərbər muzeyi təşkil etməyi planlaşdırır.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı bərbərin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.