“Yasin” surəsini oxumağın 10 bərəkəti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məsum İmamlar (ə) "Yasin" surəsinin nə qədər əzəmətə malik olduğunu vurğulamaq üçün onu "Quranın ürəyi" adlandırmışdılar. Hər bir insanın qəlbi - bədəninin rəhbəridir. "Yasin" surəsi də Quranın rəhbəridir və rəhbər olmadan irəli gedə bilməz. Ona görə də yaxşı olar ki, bu surəni oxumağın faydaları ilə tanış olaq.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Quran Allahdan savayı hər şeydən üstündür. Hər kim Qurana hörmət edər, hər an Allah Təalaya ehtiram etmiş və izzət qoymuş olar. Hər kim Qurana hörmətsizlik edər, Onun haqqını dəyərsiz hesab etmiş olar. Quranın hörməti övladın boynunda olan atanın hörməti kimidir. Allah Quranı eşidən insandan dünya bəlasını və imtahanlarını, Quranın qarisindən isə axirət bəlalarını uzaq edər. Həqiqətən, Allahın kitabında elə bir surə vardır ki, Əziz adlandırılır. O surənin qarisi Şərif adlandırılır. Bu surə Allah yanında Rəbih və Məzər (qəbiləsinin insanlarının) sayı qədər insanları şəfaət edər. Bu surə "Yasindir". Ey Əli! "Yasin" surəsini oxu ki, bu surədə 10 bərəkət vardır:
1. Ac yatmaz, məgər o halda ki, tox ayılar.
2. Susuz olmaz, məgər o halda ki, sirab olar.
3. Paltarsız deyildir, məgər o halda ki, geyindirilər.
4. Subay deyildir, məgər o halda ki, evləndirilər.
5. Bir şeydən qorxan insan deyildir, məgər o halda ki, amanda olar.
6. Əsir və zindanda deyildir, məgər o halda ki, nicat tapar.
7. Xəstə deyildir, məgər o halda ki, sağalar.
8. Müsafir deyildir, məgər o halda ki, səfərdə yardım olunar.
9. Bu surəni ölünün yanında oxumazlar, məgər o halda ki, (günahları) azalar.
10. O kəsin ki, itirdiyi vardır - bu surəni oxumaz, məgər o halda ki, (itirdiyini) tapar".
"Misbah" kitabında oxuyuruq ki, hər kim bu surəni yanında gəzdirər, göz dəyməsindən və cinlərin şərindən amanda olar. Xoş yuxular görər. (Tebyan)
Əllamə Məclisi buyurur: "Peyğəmbəri (s) yuxuda görmək üçün üç gecə bu surənin 42-ci ayəsini 30 dəfə oxusun".
Yoxsulluğun aradan getməsi üçün hər səhər çağı "Yasin" surəsinin 68-ci ayəsini oxumaq lazımdır.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Yasin" surəsini yazar və onu yuduqdan sonra suyunu içərsə, daxilinə min cür dərman, min cür nur, yəqin, bərəkət və rəhməti daxil edər və hər cür dərdi ondan uzaqlaşdırar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Real Madrid"də köklü dəyişiklik: 9 nəfər göndəriləcək
-
Bakı sakinlərinə xəbərdarlıq: Sabah alternativ yollardan istifadə edin
-
Britaniya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb FOTO
-
İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO
-
ABŞ bu ərazidə yeni hərbi bazalar planlaşdırır
-
Gürcüstandan Azərbaycana xəstə heyvanlar gətirmək istədilər
-
Maştağada yaşayış evi qrunt sularının altında qaldı
-
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
-
Əhalinin banklara etibarı güclənir?
-
Elektron siqaretlərlə bağlı QƏRAR - RƏSMİ
-
Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
-
Qapılara yapışdırılan elan vətəndaşa baha başa GƏLDİ
-
"Real Madrid"in yeni baş məşqçisi artıq BƏLLİDİR
-
Səhnəyə Azərbaycan bayrağı ilə çıxdı - VİDEO
-
WUF13-ün tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək
-
Anasını öldürməkdə təqsirləndirilən şəxs barədə şok FAKTLAR
-
9 əkiz uşağının 5 yaşını keçirdi: Möcüzə BAŞ TUTDU - VİDEO
-
“Araz-Naxçıvan” onu göndərdi
-
Açıq hava formatında WUF13 Bulvarı yaradılıb
-
Arda Turan yeni mövsümdə bu komandanı ÇALIŞDIRACAQ
-
Alimlərdən XƏBƏRDARLIQ: Virusun mənbəyi fərqlidir
-
UFC Azərbaycan: Döyüş cədvəli açıqlandı
-
Komendant bunları sizə qadağan edə BİLMƏZ
-
15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO





