Şəhərdə və şəhərdən kənar yerlərdə müxtəlif ticarət obyektlərində, mağazalarda kişilərin qadın geyimləri satması gözümüzdən qaçmır. Hətta qadın alt paltarları satan kişilər də görmüşük. Görünür, qadınların həmin bu kişi satıcılarına yaxınlaşıb mal alması düzgündür ya düzgün deyil, bu, vacib deyil, əsas odur alver getsin. İnsafən, elə mağazalar var ki, qadın alt geyimləri satıldığı üçün orada bir qadın satıcı da olur, amma bunu irili-xırdalı hər bir ticarət obyektinə aid etmək olmaz.
və yaxud da elə hallarla üzləşirik ki, məsələn, böyük ticarət yarmarkalarında, qadın alt paltarları satılan yerlə kişi malları mağazası yan-yanadır. Az qala bir-birinin ağzının içinə girən bu qonşu köşkləri nə sərhəd, nə qapı-pəncərə, nə də abır-həya ayırır. Kişi (ya gənc oğlan) satıcı yanındakı qonşu malların alıcılarına və onların aldıqlarına elə marıtlayıb baxırlar ki, ac toyuq yuxusunda darı gördüyü kimi, elə bil evlərində, ailələrində, və ya ətraf cəmiyyətdə qadın cinisindən olan heç xəyalət belə görməyiblər. Ətrafdakı acgöz və ədəbsiz baxışlardan narahat olan alıcı qadınlar-qızlar da əlbəttə ki, bundan narazı qalırlar. Hələ satıcının özü kişi olduqda isə vəziyyət daha da qəlizləşir.
Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən psixoloq Dəyanət Rzayev deyir ki, kişilərin qadın paltarlarını, xüsusilə də alt paltarlarını satması arzuolunmaz və çox utandırıcıdır. İnkişaf etmiş Avropa ölkələrində belə deyil: "Həmin ölkələrdə qadın mağazalarında satıçıların hamısı qadınlardır. Siqaret, suviner satılan yerlərdə, spirtli içki satılan mağazalarda əsasən, kişi satıcılar işləyir. Çünki cavan qızın kişi alt paltarını və ya əksinə, kişinin qadın paltarı satması ayıb işdir".
Mağaza sahibi qəsdən öz obyektində kişi işlədir ki....
D.Rzayevin fikrincə, bu halı sırf psixoloji durumla bağlamaq olmaz, bu məsələ sosial mahiyyət kəsb edir: "Bu gün Azərbaycanda satıcıların böyük əksəriyyəti kişilərdir. Kişilər dolanışıq xətirinə əlavə xərc çəkməmək üçün gətirdiyi malı özü satır və maddi cəhətdən qənaət edir. Ola bilər ki, mağaza sahibi qəsdən öz obyektinə kişi işlədir ki, kişi qadına daha çox qiymət verir. Düşünürlər ki, qadın hər hansı geyim alarkən kişi satıcıdan paltarın ona yaraşıb-yaraşmadığını, xoşuna gəlib-gəlmədiyini soruşa bilər. Amma bu, düzgün deyil".
Elə qadınlar var, ərinin yanında paltar dəyişmir
Geyimin çox intim məsələ olduğunu deyən D.Rzayev bildirir ki, biz bu məsələyə önəm vermirik: "İnsanlar xoşa gəlmək üçün gözəl paltar seçib geyinir. Hətta elə ailələr var ki, qadın paltarını dəyişəndə və ya makiyaj edəndə ərinin ona baxmasını istəmir".
....kompleks də yara bilər
Psixoloq hesab edir ki, kişinin qadın və yaxud əksinə, qadının kişi paltarı satması insanda kompleks də yarada bilər: "Qadın mağazadan xoşuna gələn paltar almaq istəyərkən, kişi satıcıdan utanır. Bu nüansları nəzərə almaq lazımdır. Hətta mağaza sahibi anlamalıdır ki, bu məsələyə görə biznesində geriləmə də baş verə bilər. Xarici firma mağazalarında satıcılar əsasən, kişilərdir. Bu həm ayıbdır, həm də insanda kompleks yaradır. Təsəvvür edin, qadın paltarı əyninə geyinib yoxlayarkən, nə hisslər keçirir?"
İnsanlar o qədər arsızlaşıb ki....
D.Rzayev Azərbaycanda satış mədəniyyətinin aşağı səviyyədə olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bu məsələdə "qızıl orta" seçməli, ümumi kişi və qadın psixologiyası nəzərə alınmalıdır. "İnsanlar o qədər arsızlaşıb ki, dəyərlərimizi nəzərə almırıq. Hər şeyə görə, pul dalınca qaçmaq olmaz axı.. Bunu vətəndaşlara və mağaza sahiblərinə çatdırmaq lazımdır. Maarifləndirməyə ethitiyac var. Bizdə də ticarət savadı olmalıdır. Müştəri məmnuniyyəti yaratmaq lazımdır. Xaricilər bizə treninq keçmək üçün müraciət edir, ancaq bizim ticarətçilər etmirlər".
Bu, bir mədəniyyət məsələsidi
İlahiyyatçı-alim Hacı İlqar İbrahimoğlu isə hesab edir ki, bu mövzu ümumilikdə dindən öncə, mədəniyyət, kültür məsələsidir. Onun sözlərinə görə, bu daha məhrəm mövzudur və dünyada qəbul olunmuş mədəniyyət forması var ki, qadına aid olan hər bir şeyi qadın satmalıdır. "Dində də yanaşma var ki, hər hansı iş fəsad yaradacaqsa, buna müsbət baxılmır. Dinin önəm verdiyi məsələ dini toplumun ənənəsidir. Bizdə də bu ənənə olmayıb. Daha yaxşı olar ki, buna rəiyət olunsun. Dünyada bu məsləyə kifayət qədər diqqət var və riayət də olunur" - deyə İ.İbrahimoğlu əlavə edib.
Rəna
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Geyim intim məsələdir, bəs kişinin qadın alt paltarı satması necə?
1 Mart 2010 17:43
Baxış: 8 253

DİGƏR XƏBƏRLƏR
-
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”
-
Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”
-
Bu gün bu avtobuslar pulsuz olacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb - FOTO
-
Günün qoroskopu:
-
Bayramda rayona gedənlərin DİQQƏTİNƏ
XƏBƏR LENTİ
-
Rusiya Maska siyasi sığınacaq təklif etdi
-
Millimiz Qazaxıstanı məğlub etdi
-
Bu qan qrupundan olan insanlara pis xəbər
-
Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etdi
-
“Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir - FOTO
-
Fransalı nazirdən qeyri-etik hərəkət – VİDEO
-
Bu qablar xərçəng yaradır - XƏBƏRDARLIQ
-
Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata
-
Qurban bayramında rayonlara turist axını - Kirayə evlərin qiyməti artıb?
-
"Bakı axşamı dostlar əhatəsində" konserti keçiriləcək
-
Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər
-
Sürücülərin nəzərinə!
-
“Balacalar üçün Sirk” adlı teatr tamaşası bütün ailəni sevindirəcək
-
Tom Kruzdan yeni rekord: Yanan paraşütlə Ginnesə düşdü!
-
Toyda döyülmüşdü - 9 gün sonra öldü - VİDEO
-
Bu ixtisaslara qəbul olmaq asandır - SİYAHI
-
Tovuzda ruhi-əsəb xəstəsi anasını öldürdü, bacısını yaraladı - Daha sonra evlərini yandırdı
-
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”
-
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO - FOTO
-
Boksçumuz Qazaxıstanda bürünc medal qazanıb
-
Aerodromlar, neft bazası və digər obyektlər: Rusiyaya endirilmiş zərbənin miqyası açıqlandı
-
“Gənclərə dəstək” layihəsi çərçivəsində “Yürekten Ürəyə” adlı konserti baş tutdu - FOTO
-
İlon Mask ABŞ-da yeni siyasi partiya ideyasını gündəmə gətirdi
-
3 avtomobil toqquşub, sərnişin sıxılı vəziyyətdə qalıb - FHN - VİDEO