Cəmiyyət

Misvak nə deməkdir?

28 Yanvar 2016 21:15
5 Şərh     Baxış: 6 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, misvak unikal xüsusiyyətlərə malik bitkidir. Onun meyvəsi yeyilir, yarpaqlarından iltihab əleyhinə, yağından revmatizmə qarşı müalicə vasitəsi kimi istifadə edirlər. Çubuğu isə həm diş fırçasını, həm də diş məcununu əvəz edə bilir. C vitamini, flüor, efir yağları ilə zəngin olan misvak kariyesin, diş daşlarının qarşısını alır, damağı və mina təbəqəsini möhkəmlədir, ağızdakı pis qoxunu aparır, dişləri ağardır, damaqdakı qanaxmaları kəsir və s. Müsəlmanlar bu bitkinin çubuqlarının qabığını soyub, onu diş fırçası kimi işlədirlər.

Həzrət Mühəmməd Peyğəmbər (s) dişləri misvakla təmizləməyi müsəlmanlara çox təkid edirdi. O həzrət buyururdu: "Cəbrail misvakdan istifadə etmək barədə mənə o qədər təkid etdi ki, bunun bir vacibat kimi əmr olunacağını güman etdim". O həzrət buyururdu ki, əgər çətin olmasaydı, hər namazdan əvvəl dişləri misvakla təmizləməyi ümmətə vacib edərdim.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.