Həzrət Ruqəyyə (s.ə) Aşura hadisəsinin kiçik yaşlı əzəmətli şəxsiyyətlərindən biridir. Həzrət Ruqəyyənin (s.ə) varlığı İmam Hüseyn (ə) qiyamının haqq olmasının aşkar dəlili və Peyğəmbər (s) itrətinin nə qədər məzlum olmasının nişanəsidir. (Tebyan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Ruqəyyənin (s.ə) atası - Həzrət İmam Hüseyn (ə) və anası - Ummi İshaqdır. Bu xanım Həzrət İmam Həsənin (ə) həyat yoldaşı olmuşdur və onun vəsiyyətinə görə şəhid olandan sonra İmam Hüseynlə (ə) nikah bağlayır və Həzrət Ruqəyyə (s.ə) dünyaya gəlir.
Həzrət Ruqəyyə (s.ə) şəhid olan zaman bəzi tarixçilərin dediyinə görə 3 yaşlı, bəzilərinin dediyinə görə 4 yaşlı və bəzilərinin də dediyinə görə 5 yaşlı olmuşdur.
"Ruqəyyə" sözünün mənası "tərəqqi etmək" deməkdir. Bu adla ilk adlandırılan xanım - Həzrət Peyğəmbərin (s) qızı olmuşdur. Bundan sonra İslam mədəniyyətində ən zinətli və gözəl adlardan biri hesab edilmişdir.
Aşura hadisəsindən sonra əsirlər karvanı əvvəl Kufəyə və sonra da Şama hərəkət edir. Əsirlər Şama daxil olan zaman onlara Yezid (lən) sarayının yanında olan xarabalıqda yer verdilər.
Şeyx Abbas Qumi nəql edir: "Nübuvvət nəslinin xanımları əsir olan zaman Kərbəlada şəhid olan ata və qardaşlarını öz övladlarından gizlədirdilər və onlara deyirdilər ki, sənin atan filan səfərə getmişdir və geri qayıdacaqdır. Dörd yaşlı bir qız uşağı var idi və gecə yarısı yuxudan ayıldı və dedi: "Mənim atam Hüseyn (ə) haradadır? Bu saat onu yuxuda gördüm, çox pərişan idi". Qadınlar ağlamağa başladılar və fəryad çəkdilər. Yezid (lən) öz sarayında yatmışdı və bu səsdən ayıldı və səbəbini soruşdu. Ona macəranı danışdılar və o, lənətlik dedi: "Gedin atasının başını gətirin və onun yanına qoyun". Bundan sonra Həzrətin (ə) müqəddəs başını gətirdilər və o, dörd yaşlı qızın yanına qoydular. Soruşdu ki, bu nədir? Dedilər: "Sənin atanın başıdır". Qız uşağı fəryad çəkdi və bir neçə günə can verdi".
Hüccətil-İslam Sədrələddin Qəzvini yazır: "Həzrət Ruqəyyə (s.ə) dodaqlarını atasının dodaqlarına qoydu və o Həzrət qiyamının haqq olmasının aşkar dəlili buyurdu: "Ey gözümün nuru! Gəl, gəl mənə tərəf. Gözüm sənin yolundadır". Bu zaman gördülər ki, Həzrət Ruqəyyə (s.ə) dünyasını dəyişdi".
Əsirlər karvanı Mədinəyə getməyə hazırlaşan zaman Həzrət Zeynəb (s.ə) toplaşmış camaata üz tutub buyurdu: "Ey Şam əhli! Bizdən bu xarabada əmanət qalmışdır. Nə zaman qəbrinin yanına getsəniz, məzarının üstünə su səpin və qəbrinin yanında çıraq yandırın".
Bəli, bu körpə qız İmam Hüseynin (ə) Ruqəyyəsi idi.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
İmam Hüseynin (ə) Ruqəyyəsi...
22 Noyabr 2015 21:15
4 Şərh
Baxış: 22 305

DİGƏR XƏBƏRLƏR
-
Vida mərasiminə görə Türkiyədən Bakıya gəldilər - FOTO
-
Bakıda bu ərazilər qazsız qalacaq - YENİLƏNİB
-
Bakı metropoliteni iş rejimini dəyişir - SƏBƏB
-
““AzParking” işçilərinin gündə cəmi 1 dəfə təbii ehtiyaclarının ödəmək icazəsi var"
-
Cabir İmanov dəfn edildi - FOTO
-
“Elə xəstəxana var ki, hotel qiymətinədir”
XƏBƏR LENTİ
-
Bu da Şəbnəm Tovuzlunun özündən gözəl qızı - VİDEO
-
"Onların adından Cabirin ailəsindən üzr istəyirəm"
-
Qarabağ atları ÇL-in oyununda! - FOTO
-
"Dondurma boğaz ağrısını kəsir" - Açıqlama
-
Tanınmış meyxanaçıların arxiv VİDEOsu gündəm oldu
-
Filippində güclü zəlzələ - Kilsə dağıldı - YENİLƏNİB - VİDEO - FOTO
-
İtaliya Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verilib
-
Vida mərasiminə görə Türkiyədən Bakıya gəldilər - FOTO
-
Qəhvə ürəyə xeyirdir, amma bu qədəri...
-
Sabah Azərbaycanda yeni universitet açılır
-
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənilib - FOTO
-
Bu ölkədə qrip və COVID-19 epidemiyasından ölürlər
-
"Ondan boşanmaq başıma gələn ən yaxşı hadisədir"
-
Prezident Mattarella: İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir
-
Oktyabrda 4 BÜRC çətinliklə üz-üzə qalacaq
-
Sercio Mattarella: Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk
-
Prezident: Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır
-
"Yaşınız 35-i keçibsə, gedib bu orqanınızı yoxladın"
-
İlham Əliyev: İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib
-
Prezident: TAP-ın, Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır
-
İlham Əliyev: Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyib
-
Prezident: Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik
-
Prezident: İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır
-
İlham Əliyev: Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır