Cəmiyyət

Sosial şəbəkələr - yeni təbliğat maşını - VİDEO

22 Oktyabr 2015 21:14
0 Şərh     Baxış: 1 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həyatımızın bir hissəsinə çevrilən sosial şəbəkələr artıq seçkilərin, daha dəqiq desək təşviqat prosesinin mühüm komponentinə çevrilib. Hazırda ölkədə təşviqatın qızğın getdiyi və siyasi rəqabətin yüksək səviyyədə olduğu əsas platformanın sosial şəbəkələr olduğunu desək yanılmarıq.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Milli Məclisə seçkilərə 9 gün qalmış təbliğat-təşviqat prosesi sosial şəbəkələrdə də geniş vüsət alıb. Əgər öncəki seçkilərdə namizədlər daha çox öz təbliğatlarını media orqanlarında aparırdılarsa, indi sosial şəbəkələrdən bu məqsədlə daha çox istifadə olunur. Mütəxəssislər isə bunun bir sıra səbəbləri olduğunu deyirlər.

Ekpertlər hazırda Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayının milyon yarımdan çox olduğunu deyirlər. Bu isə o deməkdir ki, demək olar hər ailədə sosial şəbəkə istifadəçisi var. Daim işdə-gücdə olan insanların əksəriyyəti namizədlərlə real həyatda görüşməkdə çətinlik çəkirsə, bu, virtual məkanda daha asandır. Bir çox xarici ölkədə də sosial şəbəkədə seçki təbliğatı təcrübəsi geniş yayılıb.

Sosial şəbəkələr təbliğat-təşviqat prosesi üçün asan bir informasiya məkanı olsa da, bundan hansısa namizəd rəqibinə qarşı sui-istifadə də edə bilər. Mütəxəssislər isə bu məsələdə hansısa ciddi problem yaranmayacağı fikrindədirlər. Çünki sosial şəbəkələrdə yazılan məlumatlar qanunvericiliklə məsuliyyət yaradır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.