İndi XXI yüzillik olsa da, insanlarımız cadu-bitikdən əziyyət çəkir. ("Bitik" - qədim türkcə "yazı" deməkdir). Yazılmış, cızılmış, oxunub üfürülmüş müxtəlif cismlər vasitəsilə bədxahlar, qara magiya ilə məşğul olan, pula görə Allahını tanımayan zalım adamlara cadu etdirirlər. Təbii ki, bu vaxt insanın əhvalı pozulur, iştahadan kəsilir, adi həyat ritmi dəyişir. İbadət, oruc tutmaq, müxtəlif dualar insanı pis niyyətli adamların şər işlərindən qoruya bilir. Üzügülər olub səmimi davranan üzüyola adamlara cadu az edilir. Tarixi qaynaqlar peyğəmbərimizə edilən cadudan bəhs açır.
Müslim əl-Buxari Aişədən rəvayət edir ki, bir dəfə Allahın rəsulu Məhəmməd peyğəmbərə (ona Allahın xeyir-duası və salamı olsun) cadu edilir. Bunun təsirindən xəstələnərək yatağa düşür. Nəhayət, Cəbrayıl bunun səbəbinin dərin quyuda daşın altında gizlədilmiş cadu olduğunu bildirir və cadunu oradan çıxarırlar.
Cadu edilmiş adamın əlamətləri
Cadunun təsirinə məruz qalmış adamların ovqatları, səhhəti, maddi, fiziki və mənəvi durumu haqqında müxtəlif qaynaqlarda məlumat hifz olunmaqdadır. Məsələn, XIII əsrdə yaşamış İbnül Hac ət-Timisani "Şümusül-ənvar" (Nurlu Günəşlər) əsərində cadulanmış adamın əlamətləri barədə xəbər verir. O, yazır ki, sehirlənmiş adam qapısı bağlı evə bənzər ki, pəncərəsi yoxdur. İnsanın vücuduna bir tikan və ya ox batarsa, çıxarmadan ağrısının xəfiflənməsi mümkün deyil.
Cadunun köməyi ilə ərə elə hökm olunur ki, arvadına nifrət etsin, cadudan qabaq onu nə qədər böyük məhəbbətlə sevirdisə də, indi o dərəcədə ondan diksinər.
Cadu ilə arvada hökm olunur ki, ərinə nifrət etsin. Ondan o qədər bezər ki, sanki gözünə əri yox, bir donuz və ya düşmən görünür.
Cadu - qız və ya dul qadınların evlənmələrinə əngəl olar. Onları istəməyə gələnlər qapıya çatanda fikirlərindən vaz keçər, geri dönərlər, qismətləri bağlanmış olur. Bu qızlar küçəyə çıxmağı xoşlamaz. Evdən çıxıb döndükdə isə, sanki ölümündən qurtulmuş kimi gələrlər.
Ailə başçısına cadu olunubsa, uşaqlarını, arvadını söyüb döyər.
Heyvanlara da cadu edilir. Bu vaxt onların qarınlarındakı dölləri ölür. Ev heyvanlarında xəstəlik orataya çıxır, süddən kəsilir. Heyvanlardan qatır, eşşək və ata cadu təsir etmir, onlar ancaq piz gözdən güdaza gedirlər.
Uşaqların ölümünə də cadu olunur, belə anaların çox az cocuğu qala bilir. Qız bürcünün çərşənbə və ya cümə günlərində bir qadın rəsmi çəkilib, hər hansı qadına tətbiq ediləndə o xanımın doğduğu bütün uşaqlar qız olur. Cinsi əlaqəni pozan sehrlər də var. Bu sehirlərlə gəlin ərinə nifrət edər, onunla ünsiyyətdən xoşlanmadığını deyər.
Cadu olunmuş adamlar xəstəlik tapır, baş və qarnına su yığılır. Qadınların simaları dəyişir, ağzı və üzü əyrilə bilir. Ailədə qarşılıqlı güzəşt olmaz.
Cadu olunanın cibində pul qalmaz, mal əşya və heyvanları tələf olar. Ailədə qohumlar arasında anlaşılmazlıq, kin, nifrət yaranır. Ətrafındakı adamların gözündə dəyərdən düşər. Öz işinə, fəaliyyətinə qarşı soyuyar.
Vətənində qalanda ürəyi sıxılar, kənarda eyni açılar, cadu açılmasa evinə dönə bilməz.
Cadudan necə təmizlənməli?
Sehr edən qara maqlardan savayı cadunu açıb insanlara xoş əhval-ruhiyyə bəxş edən ağ maqlar da var. Bu işlə Azərbaycanın bir sıra bölgələrində ad çıxarmış şəxslər var. Osman Pamukun hazırladığı "Dua və həvas ensiklopediyası"nda qədim zamanlardan gələn bir sıra reseptlərdə cadunun təsirini azaltmaq və pozmaq üçün müxtəlif üsullar var. Onlardan biri budur: Həmin cadu olunmuş şəxs üçün dörd metr uzunluğunda bir ip götürür, asan açıla biləcək iki yüz iki düyün vurulur. Qarşıya bir stəkan su qoyulur. Cadulanmış adamın qarşısında oturan adam düyünləşmiş ipi götürür. Deyir: "Gül Əuzu bi rəbil fəlak" (Fəlaq surəsini axıradək oxuyur. Kiçik surədir) düyünə üfürür, üfürdüyü düyünü açır. "Bu şəxs üçün düyünlənən düyünü açdım". Bu üsulla, Nas, Qədər surələrini növbə ilə oxuyub, düyünü açırlar. Hər açımda onu suya salar. Bir şəxs də bu proses zamanı üzərlik yandırmalıdır. Cadulanmış şəxs bu açımdan sonra Allahın izniylə özündə rahatlıq tapar.
Ağ Maq
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Cadu nədir və ondan necə qorunmalı?
1 Mart 2010 11:33
Baxış: 149 038

DİGƏR XƏBƏRLƏR
-
Kondisionerdən istifadə edərkən diqqət edilməli əsas qaydalar
-
Günün qoroskopu: Hələ ki hərəkət yox, müşahidə et
-
Avtomobilini təmirə aparmışdı amma yandı
-
Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm
-
Adı smart, özü xarab dayanacaqlar
-
Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar - FOTO
XƏBƏR LENTİ
-
Bu gün dövlət qulluğu imtahanı var
-
İran XİN: Nüvə obyektlərinə edilən hücumların uzunmüddətli təsirləri olacaq
-
Bu gün imtahan var
-
ABŞ İranın 3 şəhərini bombaladı
-
100 il yaşaya bilmək üçün yuxu rejimimiz necə olmalıdır?
-
Minimalizmə necə keçid edək?
-
İyulda bu bürclər gözlənilmədən varlanacaq
-
İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO
-
Kondisionerdən istifadə edərkən diqqət edilməli əsas qaydalar
-
Xərçəng riskini azaldan ən effektiv 8 məhsul
-
Rafael Fiziyev rəqibinə şans vermədi
-
Azərbaycan ailələrinin xərcləri: Ən çox pul hara gedir?
-
Çağatay bu ölkənin vətəndaşlığını aldı
-
Tofiq Musayev rəqibi ilə BACARMADI
-
“Netanyahu gedəcək, amma İran qalacaq” - Medvedev
-
Nazim Sadıxov: "Azərbaycanda məni məğlub etmək istəyən tapança ilə gəlməlidir"
-
"UFC Fight Night": Nazim Sadıxov rəqibini nokaut etdi - FOTO
-
Günün qoroskopu: Hələ ki hərəkət yox, müşahidə et
-
Tanınmış jurnalistə vəzifə verildi
-
Rusiya rahibələrdən Avropada təbliğat casusu kimi istifadə edir - KİV
-
Xamenei öldürülərsə, yeni lider necə seçiləcək?
-
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
İmam və onunla qaçan 16 yaşlı qız danışdı - VİDEO
-
Fatih Altaylı saxlanıldı