Cəmiyyət

Bakıda civə alverçiləri tutuldu

29 Yanvar 2011 13:42
Baxış: 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı Daxili İşlər Nazirliyinin (DİN) internet saytına istinadən xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Vüqar Heydərov və Emin Dadaşov 5 kq civəni 20 000 dollara satarkən tutulublar.

E.Dadaşovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində civəni Hövsan qəsəbəsi, Abşeron Quşçuluq Sovxozunun ərazisində yaşayan Səməd Mövlamovdan alması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Mövlamov da tutulub, onun həyətinə baxış zamanı oradan 65 kq civə aşkar edilərək götürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.