Pul əl çirkidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər kəs varlı olmaq istəsə də, pulu arzulamaq, bu haqda danışmaq, pulun çoxdursa, bunu göstərmək cəmiyyət tərəfindən mənfi xüsusiyyət kimi qarşılanır. Pul haqqında çox danışan, pul arzuladığını açıq şəkildə göstərən insanlara "pulgir" deyir, ünvanlarına müxtəlif ifadələr işlədirlər. Pulu çox olan insanlarasa cəmiyyətdə bir paxıllıq olur, qısqanclıq yaranır. Pulun yoxluğu da, çoxluğu da müxtəlif ciddi problemlərin yaranmasına səbəb olur.Pulun yoxluğu da, çoxluğu da müxtəlif ciddi problemlərin yaranmasına səbəb olur
Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, insanlar arasında pulun çoxluğunu demək, başqalarının gəlirlərini hesablamaq, pul üçün işlədiyini, pulun həyatınızda əsas motivasiya rolunu oynadığını söyləmək etik qaydalara uyğun deyil: "Kimsə qazana bilirsə, ətrafdakılar onun üzünə gülsə də, özləri bunu bacara bilmədiyi üçün həmin şəxsə xoşagəlməz hisslər, paxıllıq, hətta nifrət hissi də bəsləyirlər".
R.Rzayeva qeyd edib ki, pul insana rahat yaşaması üçün lazım olur: "Əksər kasıb ailədə dünyaya göz açmış və pulsuzluğun acısını çəkmiş insanlar yetkin olduqda bütün güclərilə bu vəziyyətdən çıxmağa çalışır. Belə insanlar uşaqlıqdan pulun xoşbəxtlik gətirəcəyini zənn edərək xəyallarla yaşayır. Onların psixologiyasında "pulum artdıqca, xoşbəxt günlərim də artacaq" fikri o qədər möhkəmlənir ki, istədiyinə çatmayınca bu illüziya bitmir. Onlar varlı həyat uğrunda mübarizə aparmaqdan qorxmur, bütün güclərini, bacarıqlarını pul qazanmağa yönəldir. İstədiyinə çatdıqda xoşbəxt olmasalar belə, yenidən kasıb olmaqdan çox qorxurlar. Çünki ehtiyac içində keçən həyatın necə olduğunu yaxşı bilirlər".
Psixoloqun sözlərinə görə, adətən orta maddi imkanı olan ailədə böyüyənlər puldan qorxur, pulla bağlı mövzulara ehtiyatla yanaşır. Onlar kasıbçılıq üzündən əziyyət çəkməyib, tələbləri ödənilib. Onlar çox pul qazanmağın nəyə görə lazım olduğunu başa düşə bilmir. Pulu xoşbəxt həyatın əsas açarı kimi görmür. Bu cür fikirlərlə yaşadığı üçün onlar çox vaxt orta maddi durumu olan adam kimi də qalır, bunda pis bir şey görmürlər. "Düzdür, bəzən xəyallardan çox bahalı maşın, ev və ya zinət əşyası keçə bilər. Amma bunu özünə dərd etmir, sahib olduqları ilə qane olub xoşbəxt yaşaya bilirlər. Onlar üçün pul sakit həyat, ehtiyaclarını ödəmək üçün sadəcə vasitədir. Belə adamlar qəfildən çox pul qazansalar, onların sakit həyatı, qayda-qanunları pozula bilər. Onların yeni məqsədləri, fərqli həyat tərzləri yarandığı üçün həyatdan narazı, bədbəxt adama da çevrilərlər".
Maddi durumu orta olanlar nadir hallarda sahibkarlıqla məşğul olur, çox pul qazanmaq üçün özünü yorur. Bu, onlar üçün lazımsız görünür, sakit həyata üstünlük verirlər. Onlar üçün rahat olan mühitdən çıxmaqdan çox qorxurlar.
Bəzi insanlar üçün puldan qorxması ciddi problemə çevrilir. Onlara yüksək maaşlı iş, gəlirli layihələr təklif etsələr də, bundan boyun qaçırır, özünü əziyyətə salmaq, adət etdikləri həyat tərzindən uzaqlaşmaq istəmir. Bacarıqları olsa da, səy göstərmirlər. Müsahibimizə görə, pula qarşı qorxusu olanlar anlamalıdır ki, pulun çoxluğu yalnız narahatlıq, yeni həllini gözləyən problemlər, işlər deyil, yeni sevinc gətirən imkanlar da yaradır. Pul ilə özlərini daha çox çətinliklərdən sığortalayacaqlar.
Həmsöhbətimiz onu da qeyd edib ki, puldan qorxanlar pulları olduqda onunla necə rəftar edəcəklərini bilmirlər. "Qəfil çoxlu pul qazandıqda sevinclə yanaşı çaşqınlıq, qorxu keçirir. Həmin pulu kiməsə borc verməyə, bağışlamağa heyifləri gəlir, xərcləməkdən qorxur, pulu necə istifadə edəcəklərini bilmirlər. Pulu yığmaq da onlara qorxulu gəlir. Pulun dəyərinin düşməsindən, itməsindən, oğurlanmasından ehtiyat edirlər".
Rzayevanın dediyinə görə, bəzən uşaqlara pul istəməyin, pul haqqında danışmağın pis olduğunu deyirlər. "Pul əl çirkidir" prinsipi ilə tərbiyə olunan uşaqlarda ona və bu haqda danışan uşaqlara özlərindən asılı olmadan mənfi hisslər yaranır. Onlar özlərində pul qazanmaq istəyini hər cür boğmağa çalışır. Pul qazanmaq istədiklərini bildirməkdən utanır. "Belə adamlarla söhbət zamanı "Mən pula görə işləmirəm" kimi sözlər eşitmək olar. Onlar bir növ pulu özlərinə qadağa edib" deyən psixoloq bildirir ki, pul qazanmaq istəyindən utanmaq lazım deyil. Lakin hər şeyi pul ilə ölçmək də bədbəxtçilikdir.
Ekspress.az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





