Tək örnək Odur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günlərdə Onun ətri var. Dünyaya belə günəşli, ilıq yaz səhərində göz açıb və Onun gəlişi ilə dünya dəyişib. Allah-Təala Onu bizim bildiyimiz və bilmədiyimiz aləmlərə rəhmət, yəni çox böyük mərhəmət olaraq göndərib. O, qiyamətə qədər sarsılmaz örnək, Sonsuz Nurdur. Qiyamətdən sonra da Onun bayrağının altında özünə yer tapa bilmək, daha doğrusu, o yerə layiq ola bilmək böyük səadətdir.
Bu gün fikir ayrılıqları, məsələyə fərqli yanaşmalar var. Amma hər kəs o mövzuda həmfikirdir ki, ən doğru örnək Rəsulullahdır. Hər kəs də öz fikrini əsaslandırmaq üçün Ona əsaslanmağa, Ondan nümunə verməyə çalışır.
***
Bizim ən böyük qüsurumuz, tənəzzülümüzün əsas səbəbi nədır, bilirsinizmi? - Tam səmimiyyətlə və əminliklə deyə bilərəm ki, Onu düşünməməyimizdir, Onu tanımamağımızdır, Onun kimi olmağa çalışmamağımızdır. Onu tanımaq, Onu sevmək dəniz suyu içmək kimidir, içdikcə yanırsan, yandıqca içirsən.
Bəzən görürsən ki, iki nəfər mübahisə edir. Biri deyir ki, niyə bu müsəlmanlar bu qədər geri qalırlar, niyə filankəs, filankəs adını dindar qoyduğu halda sevilmir, çox zaman da yaxşıya deyil, pisə nümunə kimi göstərilirlər?.. Bilmirik, amma onu deyə bilirik ki, örnək axtarırsansa, Əliyə, Vəliyə, ona-buna baxma, Peyğəmbərinə bax. Allah-Təala əmr edir ki, Ondan örnək alın. Əgər sənin niyyətin öz qüsuruna haqq qazandırmaq üçün başqalarının ayıblarının arxasında gizlənməkdirsə, özün bilərsən, amma başqalarını da çaşdırmağa çalışma.
***
Həyatı möhtəşəm örnəklərlə doludur. Hansını deyəsən, hansından danışasan ki?! Həyatımızın hər nöqtəsındə Ondan öyrənməyə ehtiyac var. Sünnət - Onun həyatıdır, bizə miras qoyub getdiyi örnək davranışlarıdır, oturuşu-duruşudur. Bəzi alimlər "mədəniyyət nədir?" sualına ən qısa şəkildə belə cavab veriblər: "Mədəniyyət - sünnətdir".
Bir dəfə səhabələrindən soruşur:
- Bilsəydiniz ki, ömrünüzdən bircə saat qalıb, nə edərdiniz?
Səhabələr də düşünərək müxtəlif cavablar verirlər:
- Ya Rəsulullah, alnımı səcdədən qaldırmazdım;
- Ya Rəsulullah, haqqına girdiyim insanlardan halallıq alardım;
- Ya Rəsulullah, bir xeyir iş görüb, savab qazanardım.
- ....
Səhabələr deyir, O da təbəssümlə dinləyir. Nəhayət, hər kəs susur və gözlər Onun nur yağan, təbəssüm axan mübarək çöhrəsinə dikilir. Cavabsa nə qədər də səmimi, nə qədər də məntiqlidir:
- Kim əmindir ki, ömründən cəmi bircə saat qalmayıb?
Yəni dediyinizi hər zaman həyatınıza tətbiq edin, bir saat sonra öləcəkmiş kimi yaşayın.
***
Bir dəfə istirahətə çəkilmişdi. Yaxınlaşıb soruşurlar:
- Ya Rəsulullah, müsəlman şərab içərmi?
Cavab verir:
- İçməməlidir, amma içmiş olsa da, onu dindən xaric olan edə bilməzsiniz.
- Ya Rəsulullah, müsəlman zina edərmi?
- Etməməlidir, amma edərsə də, onu dindən xaric elan edə bilməzsiniz.
Sonra qalxır, ciddi bir görkəm alır və belə buyurur:
- Amma müsəlman yalan yerə şahidlik edə bilməz.
***
Təvazökarlığın, sadəliyin, fədakarlığın, xeyirxahlığın, imkansıza əl tutmağın, təşəbbüskarlığın, fəal həyatın, ağılla qərar verməyin ən gözəl örnəyini onun həyatında görə bilərsiniz. Təsəvvür edin ki, onun doğulduğu illərdə ərəb coğrafiyasında yeni doğulan qız uşaqlarını diri-diri torpağa gömürdülər. İnsanlıq bu qədər mahiyyətindən uzaq düşmüşdü, vəhşiləşmişdi. O isə bu kütlə içərisindən mələk kimi xeyirxah, fədakar insanlar ordusu yetişdirə bildi. Təbii ki, bütün bunlar yuxarıda dediyimiz o yüksək əxlaqi keyfiyyətlər hesabına mümkün olmuşdur.
Məkkə kafirləri onu aradan götürmək üçün hər şeyə razı idilər. Nə qədər mal-pul vəd eləsələr də, Haqq yolundan döndərə bilməmişdilər. Öldürmək üçün cürbəcür planlar hazırlayırdılar. Amma qəribədir ki, səfərə çıxanda öz mallarını ancaq ona etibar edirdilər, bilirdilər ki, düşmən də olsa, O hər kəsdən daha dürüstdür, daha etibarlıdır, heç vaxt başqasının malına gözünün ucu ilə də baxmazdı. Üstünə diləyə gələrdilər, yardım istəyərdilər, özündə varsa, verərdi, olmazdısa, başqasından borc alıb verərdi.
***
Bir dəfə uzaq vilayətdən bir qadın gəlmişdi. Nəsə dərdi vardı, yardım istəyəcəkdi, amma Rəsulullahı görən kimi həyəcanlandı, dili dolaşdı, fikrini ifadə edə bilmədi. Rəsulullah belə dedi:
- Niyə həyəcanlanırsan, xanım? Mən quru çörəyi su ilə isladıb yeyən bir qadının oğluyam.
Təvazökarlığın, sadəliyin bundan üstününü təsəvvür edə bilmirik.
İstəsəydi, bəşər tarixinin ən zəngin insanı olardı, ən rahat, lüks həyat yaşayardı. Amma ömrü mübarizələr içində keçdi. Sevimli xanımı deyirdi ki, onun evdə bir gün doyunca yemək yediyini görmədi. Dünyadan köçəndə də Allah Rəsulunun bəzi əşyaları girov idi.
DİGƏR XƏBƏRLƏR
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
7-ci sinif şagirdi vəfat etdi
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Yay istisində rahat yatmağın yolları
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
İsmayıllıda ağır qəza: 2 ölü var
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Ağdamda Ata və azyaşlı övladı öldü
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Masazırda "Ford" yandı
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)
-
Sankt-Peterburqa dron hücumu oldu - (Foto)
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Markdan süni intellektlə bağlı gözlənilməz qərar
-
Röyanın bahalı geyimi diqqət çəkdi: Bu libasına 7000 azn verib - (Video)
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)





