Pul xərclədikləriniz haqda ŞOK FAKTLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstehlakçıların hüquqlarını müdafiə edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov modern.az saytına hazırda daha çox keyfiyyətindən şikayət edilən məhsullar barədə məlumat verib.Ofisimizdəki "Dağ suyu"nun ağzı bağlı olsa da, içərisində milçək, "Bonaqua" suyunun içərisində göbələk var
Onun sözlərinə görə, birliyə daxil olan şikayətlərin əksəriyyəti spirtli içkilərlə bağlıdır:
"Şikayətlər əsasən içkilərin üzərində istehsal və yararlılıq müddətinin göstərilməməsi ilə bağlıdır. Əhali bilməlidir ki, araqların yararlılıq müddəti 1 il, şərabların yararlılıq müddəti 6 ay, konyakların yararlılıq müddəti 3 ildir. Bu gün Azərbaycan bazarındakı spirtli içkilərin 95 faizinin üzərində istehsal və son yararlılıq tarixi göstərilmir. Təəssüf ki, məhz yerli istehsal olan məhsulların hamısında bu vəziyyət müşahidə edilməkdədir. Azərbaycan şərablarının 90 faizinin üzərində yararlılıq müddətinin sonsuz olduğu yazılıb. Ona görə də əhali narazıdır. Dəfələrlə Kənd Təsərrüfatı Nazirliyi ilə bu barədə mübahisələr etsəm də, hər hansı nəticəsi olmayıb".
O qeyd edib ki, şikayətlərlə bağlı ikinci yerdə sular gəlir:
"Məsələn, bizim ofisimizdəki "Dağ suyu"nun ağzı bağlı olsa da, içərisində milçək, "Bonaqua" suyunun içərisində göbələk var. Nəzərinizə çatdırım ki, həmin məhsulların istehsal müddəti bitməyib. Əgər suyun içərisində yad cisim varsa, onun keyfiyyətindən danışmaq yersizdir.
Keyfiyyətin müəyyən edilməsində çətinlik yaradan məsələ suyun rənginin, dadının, qoxusunun olmamasıdır. Yəni müştəri bilmir ki, bu su krantdan doldurulub, yoxsa doğrudan da bulaq suyudur. İstehlakçılar bildirir ki, alınmış suyu qaynadan zaman çaydanda ərp əmələ gəlir. Bu isə o deməkdir ki, su təmizlənməyib, tərkibində duzlar var.
Yaranmış vəziyyətdən istifadə edən su filtri satışını həyata keçirən işbazlar isə vətəndaşları bezdirirlər. Min cür yolla qapı-qapı gəzib evlərə daxil olur, təcrübələr keçir və məhsulu çox baha qiymətə vətəndaşa sırımağa çalışırlar. Buna görə də hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə danışıqlar aparıram ki, bizə onların laboratoriyalarına çıxış imkanı versinlər. Əgər razılıq verilərsə, həmin laboratoriyalarda müstəqil ekspertizalar aparılacaq".
Eyyub Hüseynov deyib ki, barəsində şikayətlər olan məhsullar sırasında üçüncü yerdə süd və süd məhsulları gəlir:
"Əhali süd məhsullarının quru süddən hazırlandığı və yağlılığının artırılması üçün marqarin və bitki yağlarından istifadə edildiyi qənaətindədir. Təəssüflər olsun ki, istehlakçılar doğrunu yalnışdan, keyfiyyətlini keyfiyyətsizdən seçmək imkanına malik deyil.
Yaxın günlərdə bir vətəndaş müraciət edərək bildirdi ki, kənd nehrə yağından mütəmadi istifadə edir. Əvvəllər yaxşı olmasına baxmayaraq, son zamanlar həmin nehrə yağı boğazında yanğı hissinə səbəb olur. Məhz bu məsələ ilə bağlı milyonlarla vəsait sərf edib laboratoriya avadanlıqları alan bir neçə dövlət qururmuna müraciət etdim ki, həmin yağı ekspertiza edək.
Bir qurumdan dedilər ki, bunun standartı yoxdur, edə bilmərik, başqa birisi "biz ancaq məhsulun təhlükəli və ya təhlükəsiz olduğunu yoxlaya bilərik" cavabını verdi, başqa bir dövlət orqanı isə laboratoriya analizinin 300 manata başa gələcəyini açıqladı. Vətəndaş isə bu məbləği ödəmək iqtidarında deyil.
Əhali quru südün tərkibində olan baytarlıq dərmanlarının, antibiotik qalıqlarının olub-olmadığını öyrənmək istəyir. Lakin bunu müəyyən etmək iqtidarında olan laboratoriyalar yoxdur. İstehlakçılar da məhsulun keyfiyyətinə şübhə ilə yanaşırlar. Süd məhsullarının yararlılıq müddətinin çox olması istehlakçıları ən çox maraqlandıran məsələdir.
Problem ona görə mövcuddur ki, Azərbaycanda "Qida təhlükəsizliyi haqqında" qanun yoxdur. Bundan əlavə, dövlət orqanlarının təhlükəli qida satışına müdaxilə etmək səlahiyyəti də yoxdur. Ona görə də əhali kütləvi və tədrici zəhərlənmələrin qurbanı olur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
7-ci sinif şagirdi vəfat etdi
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Yay istisində rahat yatmağın yolları
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Zəngilanda bir nəfər çayda boğulub
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
İsmayıllıda ağır qəzada ölən həkimin (Fotosu)
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu





