Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın çaylarından daşqınlar keçəcək
10 Aprel 2015 12:42
0 Şərh
Baxış: 2 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla Azərbaycan çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hər il sistematik olaraq hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastrukur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın, su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, 2014-2015-ci illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və qismən də dağətəyi zonalarında qar örtüyünün yaranması dekabrın 2-dən başlayaraq yanvar, fevral və mart aylarının ayrı-ayrı günlərində fasilələrlə davam edib. Əsasən, yanvar və fevral aylarında çay hövzələrinin yuxarı hissələrində sabit qar örtüyü nisbətən artıb.
Qar xəttinin aşağı sərhədi 2014-cü ildə orta hesabla 2179 m hündürlükdən keçirdisə, bu il 1728 m hündürlükdən keçib. Lakin, mart ayının ayrı-ayrı günlərində havanın maksimal temperaturunun dağlıq və dağətəyi rayonlarda 18-20 dərəcəyə yüksəlməsi, eyni zamanda yağan yağışlar dağlıq ərazilərdə qarın tədricən əriməsinə və qar örtüyünün azalmasına səbəb olub.
Bu il çay hövzələrində aparılan qarölçmə işlərinin nəticəsinə görə Böyük və Kiçik Qafqazın bölgələrinə düşən qar ümumilikdə çoxillik normaya yaxın olsa da, keçən il ilə müqayisədə çox olub.
Aprel-iyun ayları üçün gursululuq dövrünün proqnozu
Transsərhəd çaylar üzrə:
Kür çayından Şəmkir su anbarına axımın normanın 63-80, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 57-85, Araz çayından Araz su anbarına axımın isə normanın 27-47 faizini təşkil edəcəyi gözlənilir.
Respublikanın dağ çayları üzrə:
Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 76-109, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında normanın 77-106, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 53-82, Naxçıvan MR çaylarında 36-77, Lənkəran-Astara bölgəsi çaylarında isə 42-78 faizini təşkil edəcəyi gözlənilir.
Bu il qar ehtiyatının normaya yaxın, yaz (aprel-may-iyun) yağıntılarının isə normaya yaxın və bir qədər az gözlənilməsinə baxmayaraq gursululuq dövründə, xüsusən də may və iyun aylarının ayrı-ayrı günlərində gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay) və Naxçıvan MR-nın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqınların keçəcəyi gözlənilir.
2015-ci ilin gursululuq dövrünün proqnozuna dair xüsusi qeydlər:
Bu il respublikanın daxili çay hövzələri ilə yanaşı Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazisində də suvermə qabiliyyətinə malik qar su ehtiyatı çoxillik normaya yaxın, 2014-cü ilə nisbətən isə çoxdur. Keçən illə müqayisədə bu ilin qışında yağıntıların normaya yaxın və keçən ilə nisbətən çox düşdüyünə baxmayaraq, yaz (aprel-may-iyun) yağıntılarının normaya yaxın və bir qədər az olacağı gözlənilir.
Qeyd olunanları nəzərə alaraq əldə olunan məlumatlara, aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən qeyd etmək olar ki, bu ilin gursululuq dövründə respublikanın daxili çaylarında - Böyük Qafqazın çaylarında sululuğun çoxillik normaya yaxın və bir qədər az, Kiçik Qafqaz və Lənkəran-Astara bölgəsi çaylarında normadan az, iri tranzit çaylarda isə çoxillik normadan əsasən az olacağı gözlənilir. Bu ilin gursululuq dövrünün axımının keçən ilin gursululuq dövrünün axımına nisbətən bir qədər çox olacağı gözlənilir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar