Cəmiyyət

Bakı metrosunda YENİLİK

9 Aprel 2015 17:58
0 Şərh     Baxış: 2 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda keçiriləcək I Avropa Oyunları zamanı Bakı Metropolitenində iş rejimi dəyişdiriləcək

Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisinin sözlərinə görə, hələlik dəyişiklik Oyunların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərə aid edilir: "I Avropa Oyunları zamanı sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə iyunun 12-dən 28-dək Bakı metrosunda iş vaxtı 01:00-a qədər artırılacaq. I Avropa Oyunlarının açılış və bağlanış günü isə metronun iş saatı gecə saat 02:00-a qədər uzadıla bilər. Əgər rəsmi qərar olarsa, bu vaxtın daha da uzadılması istisna edilmir".

Xatırladaq ki, hazırda metro səhər saat 06:00-dan gecə saat 00:00-a kimi işləyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.