"Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, şərqşünas-alim, akademik Vasim Məmmədəliyev, DQİDK-nin sədr müavini Gündüz İsmayılov, BANM-nin (BANM) professor-müəllim heyəti və tələbələri iştirak ediblər.Bakı Ali Neft Məktəbində (BANM) "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən məmnunluğunun bildirib. E.Qasımov "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfransın Ali Məktəbdə keçirilməsinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın islam ölkəsi olmaqla yanaşı, eyni zamanda dünyəvi dövlət olduğu, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb.
DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış edərək, ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb. O, ölkədə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. M.Qurbanlı mövzunun aktual olduğunu qeyd edərək, tələbələrin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu deyib.
Görkəmli şərqşünas-alim, akademik V.Məmmədəliyev müxtəlif dinlərin yaranmasından söz açaraq ayrı-ayrı dövrlərdə müxtəlif maraqlar zəminində təriqətlərin yaranması və onların siyasiləşdirilməsi haqqında məlumat verib. Azərbaycan dövlətini və cəmiyyətini dini radikalizmin təhlükəsindən qorumaq, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin önəmini qeyd edib.
O, islam dininin əsasında insanpərvərlik, vətənpərvərliyin dayandığını vurğulayıb və gəncləri radikal dini cərəyanların təsiri altına düşməməyə çağırıb.
Sonda müəllim və tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


DİGƏR XƏBƏRLƏR
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO





