Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kişi niyə tuman oğurlayır?
9 Aprel 2015 09:15
27 Şərh
Baxış: 14 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada bir alman pornosu, bir də azərbaycanlının həyata keçməmiş fantaziyaları var.
Tumana tamarzı mediamız günlərdir ki, balkonundan alt paltarları oğurlandığını iddia edən qadının alabəzək tumanları ətrafında sıx birləşib. Qadın müsahibə verir, kameralara gülümsəyir, sevinir. Günün əsas xəbərlərində isə "Şok! Oğru yaxalandı!" başlığı yayımlanır. Sanki ölkədə yeganə oğurluq mal 3 manatlıq tumanlardır.
Qadın haqlarını, feminizmi kənara qoyun. Həmişə olmasa da, vicdan arada lazımlı nəsnədir. Əlinizi ürəyinizə qoyun. Qadının iki-üç mənasız, düşük, zövqsüz alt paltarı oğurlanır. Eləmir tənbəllik, dolların oriental oynadığı vaxtda 100 manat xərc çəkib balkona kamera çəkdirir. Nəzərə alanda ki, vəziyyət pisdir, dünya krizis yaşayır, nəinki tuman, noxtasından balkonuma bağladığım dəvəm də oğurlansa, evə kamera çəkdirmərəm. Bu nəinki kamera çəkdirir, hələ çiyni kameralı 4-5 tuman azarkeşi televiziya gədəsinə müsahibə də verir. Müsahibədəki üz ifadəsi isə belədir: Mən hələ ölməmişəm. Nəinki özümə, tumanıma da tamah salan var. Başa düşürük. Tuman oğurlayan qardaş düz eləməyib. Hər səhər işə gedəndə "sabahın xeyir, bajı" dediyi qadının axşam tumanı ilə cinsi əlaqəyə girmək yaxşı haqq-hesab deyil. Kasıbın olanından. O günahkar deyil ki, "Malena"ya 40 yaşında baxıb. Fantaziyası bura qədər işləyir. Heç olmasa, ictimai nəqliyyatda üzüqapıya dönük qadına palpasiya etmir. Ömrünün qalan hissəsini qonşu bacıların tumanlarına həsr edib. O da insan, o da bizim eloğlumuz. Fətullah Gülənin sözü olmasın, bir az xoşgörülü olun, bir az tolerant yaşayın.
Qayıdaq tumansız qalmış elqızımıza. Xoşbəxtdir, kameralar onu çəkir. Tumanın gücünə olsa da, artıq onu tanıyırlar. Əziyyət çəkib, tumanını oğurlayan qonşunu ifşa edib. Həm də bütün ölkəyə sübut edə bilib ki, tumanı da işə yarayır. Kameraya göz süzdürür, gel dolu dodaqlarını qabardır.
Kişi niyə tuman oğurlayır?
Ölkə mətbuatı, fahişə istifadəçiləri, statistika isbatlayır ki, ölkədə qadının qiyməti 5 manatdır. 5 manat ödəməklə cinsi tələbatı ödəməyin mümkün olduğu ölkədə kişi niyə qonşu qadının tumanını oğurlasın? Buna onu kim məcbur edir?
Onu biz, sən, mən, başqaları tuman oğrusu etmişik. Fantaziyalarını, istəklərini içində boğmağa biz məcbur etmişik. Cəmiyyət olaraq seksual arzularını gözündə ikrahlaşdırdıqca onu psixopata, təcavüzçüyə çevirmişik. Uşaqlarının sayını, adını deyəndə arvadı ilə sekslə məşğul olduğu üçün üzr istəyən manyaklar onu tuman iyləyənə döndəriblər. Onu xoşbəxt edən qonşu arvadın tumanları idisə, o da yoxdur. Kameralar, qonşu arvad artıq o xoşbəxtliyi əlindən aldı, çox gördü. Seksi günah kimi qələmə verən cəmiyyətlər əxlaqsız olmağa məhkumdur. Cinsəlliyi oğurluğa çevirən cəmiyyətlər homoseksual çoxalmaya hazır olmalıdır. Ölkədə nə qədər gey varsa, onların babalı ağsaqqal, ağbirçəklərin boynundadır. Yığılmış, saxlanmış cinsi istəklər insanları getdikcə qonşu arvadın tumanına möhtac cılız varlığa çevirir. Kəndin oğlanları yığışıb qonşu qızını zorlayır. Günahkar oğlanlardırmı, xeyr! Günahkar bütün kənddir. Fahişələrin lüks həyat yaşadığı ölkədə seksin lüks, əlçatmaz olması adi qarşılanmalıdır.
P.S.: Başqalarını günahlandıranda bir dəfə də öz tumanınızı qoxlayın, iyləyin.
Günay Arda
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO