Cəmiyyət

Nazir keçmiş rəis müavinini yenidən polis orqanlarına qaytardı

16 Fevral 2015 13:59
0 Şərh     Baxış: 8 818
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bir neçə il əvvəl daxili işlər orqanlarından öz ərizəsi ilə uzaqlaşan rəis müavini yenidən polis sıralarına qayıdıb.

"Report"un məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinin (PB) rəis müavini işləmiş polis mayoru Səlim Səlimov nazir general-polkovnik Ramil Usubova raport yazaraq polis sıralarına qayıtmaq istəməsi barədə müraciət edib. Müraciətə baxılaraq müsbət cavab verilib. Bundan sonra keçmiş rəis müavini müvafiq əmrlə Nizami RPİ 25-ci PB-yə baş təhqiqatçı vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.Səlimov uzun illər Laçın və Cəlilabad Rayon Polis Şöbələrinin polis rəisi işləmiş "Bizim Torpaqlar" İctimai Birliyinin həmtəsisçisi, təqaüddə olan polis polkovniki Akif Səlimovun oğludur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.