Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rayonlara gedən avtobuslar yenilənəcək
14 Yanvar 2015 21:56
0 Şərh
Baxış: 5 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birinci Avropa Oyunları ilə əlaqədar respublikamızın səfalı guşələrinə turist səfərlərinin artacağını nəzərə alaraq paytaxtdan turizm potensialı olan rayonlara gedən sərnişin avtobusları yeniləri ilə əvəzlənəcək.
Milli.Az xəbər verir ki. bu barədə AzərTAc-a müsahibəsində Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov məlumat verib.
N.Həsənov bildirib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər uğurla həyata keçirilir. Plana əsasən nəqliyyat-yol kompleksinin müxtəlif istiqamətləri üzrə qurumun tərkibində olan təşkilatların konkret vəzifələri, görəcəyi işlər müəyyənləşdirilib. Buraya istər dəmir yolunun yenidən qurulması, istər avtomobil yollarının bərpası, istərsə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti vasitəsilə həyata keçirilən işlər aiddir: "Bilirsiniz ki, birinci Avropa Oyunlarının başlanmasına bir neçə ay qalıb. Bu oyunlarla bağlı tutulan Tədbirlər Planı çərçivəsində bizim ən böyük layihələrimiz artıq yerinə yetirilib. Bunların arasında Ziya Bünyadov prospektinin yenidən qurulması əsas yer tuturdu. Qeyd edim ki, birinci Avropa Oyunlarının əsas marşrut xətlərindən biri bu prospektdən keçir. Eyni zamanda, hazırda Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam etdirilir. Bundan başqa, sərnişindaşıma üzrə də müvafiq addımlar atılıb. Artıq paytaxta 50 ədəd yeni sərnişin avtobusu, o cümlədən 200 ədəd London taksisi gətirilib və bu proses davam etdiriləcək".
Sərnişin avtobuslarında kart-ödəniş sisteminin tətbiqinin mart ayınadək reallaşacağını deyən N.Həsənov qeyd edib ki, birinci Avropa Oyunlarının əsas marşrut xətləri üzərindəki dayanacaqlarda wi-fi sisteminin quraşdırılması ilə bağlı texniki məsələlər də öz həllini tapmalıdır. Həmçinin yaxın aylarda yol cizgiləri xətlərinin, piyada keçidlərinin, yol göstərici xətlərin yenidən rənglənməsi, nişanların qoyulması kimi işlər həyata keçiriləcək.
Nazirliyin rəsmisi, həmçinin bildirib ki, Avropa Oyunları ilə əlaqədar ölkəmizə çoxsaylı turist axını da gözlənilir: "Onlar yalnız yarışları izləməyəcək, həm də Azərbaycanın səfalı guşələrinə yollanacaqlar. Bu baxımdan turizm potensialı olan istiqamətlərdə yeni avtobusların xətlərə buraxılması ilə bağlı işlər aparılır, onlayn bilet satışı proseduru təkmilləşdirilir".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu