Yol polisi sərxoş qadın sürücülərin adlarını niyə AÇIQLAMIR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onların bəzilərinin müvafiq sənədləri qaydasında olmasa da, əksəriyyəti avtomobili sərxoş vəziyyətdə idarə edənlər olub.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin son reydləri zamanı paytaxtda 10 sərxoş qadın sürücü saxlanılıb
İdarənin bölmə rəisi Vaqif Əsədov isə sərxoş sürücülərin iştirakı ilə 50-dən çox yol-nəqliyyat hadisəsi baş verdiyini bildirib.
Modern.az saytı sərxoş sürücülərin adları öyrənməyə çalışsa da, Vaqif Əsədov bu haqda məlumatı vermək istəməyib, qeyd edib ki, adları açıqlamaq etik baxımdan düzgün sayılmaz.
Ekspert, tanınmış hüquqşünas Ərşad Hüseynov isə adların açıqlanmasında heç bir problem görmür.
Onun sözlərinə görə, məlumat azadlığı olduğundan hüquq pozuntuları ilə bağlı məlumatlar məxfi deyil: "Hüquq pozuntuları ilə bağlı məlumatlar yayımlana bilər. Lakin əgər sırf etik baxımdan bu məlumatlar ictimaiyyətə açıqlanmırsa, onları da başa düşmək olar. Bu fikri xoşlamasam da deyirəm ki, Azərbaycanda mentalitet anlayışı bəzən belə məlumatları yaymağa imkan vermir. Həmin qadınların da adları ona görə açıqlanmır ki, onun ailəsi, yaxınları nəzərə alınır. Lakin qanunvericilikdə onların adlarının açıqlanmaması üçün heç bir məhdudiyyət qoyulmur".
Ərşad Hüseynov deyib ki, əgər bu hadisə ictimai məsuliyyət daşıyırsa, mətbuat da bununla maraqlanırsa, məlumat verilə bilər: "Şəxsi, ailə, kommersiya, bank sirri, dövlət sirri məxfidir və bu məlumatlar yayımlana bilməz. Yaxud məhkəmə prosesində istifadə olunacaq məlumatlar sonradan məhkəmə prosesində çətinlik yaratmaması üçün əvvəlcədən açıqlanmır. Amma sərxoş qadın sürücülərinin adlarının açıqlanmasında heç bir problem yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





