Azərbaycan dilinə yuxarıdan aşağı baxanlar... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin şəhər və rayonlarında, xüsusilə də Bakıda Azərbaycan dilinə hörmətsizlik baş alıb gedir. Dükanların, otellərin, restoranların, kafelərin, çayxanaların əksəriyyətinin adı xarici, əsasən ingilis dilində yazılır. Bu hala mərkəzdə daha çox rast gəlinir. Hətta paytaxtın mərkəzində olarkən özümüzü Azərbaycanda deyil, hansısa bir xarici ölkədə təsəvvür edirik. Dilimizi bəyənməzlik haradan qaynaqlanır?Kafe və restoranların adı əcnəbi dildə yazılır, kinoteatrlarda filmlər tərcümə edilmir, iaşə obyektlərində xidmətçilər rusca danışır...
Nizami küçəsində ("Torqovı") bir sıra obyektlərin adlarının tərcüməsi mümkün də deyil. Hətta kafe, restoran sözlərini "reustorant", "cafe" yazırlar. "Pizza İnn", "Amazon Cafe", "Balizza cafe", "Bookcafe" "Ali & Nino", "Teatral Tea club" və s. buna misal göstərmək olar. Görünür, kafe, restoran, mağazalara Azərbaycan dilinə aidiyyəti olmayan adlar qoymaqla sahibkarlar onların məkanlarının digərlərindən seçiləcəyini düşünür. Ancaq bu cür obyektlərdə göstərilən xidmətin səviyyəsi də heç də qənaətbəxş deyil.
Hətta mağazalarda, restoranlarda xidmətçilər də öz dilimizdə danışmırlar. "Torqovı"da baş çəkdiyimiz geyim mağazasının satıcısından niyə Azərbaycan dilində danışmadığını soruşduqda o, bunu mağazaya gələn müştərilərin əksəriyyətinin rus dilli olması ilə izah etdi: "Alıcıların 80 faizi rus dilində danışır. Mənim rus dili səviyyəm bir az aşağı idi deyə müdir məni satıcı kimi işə götürmək istəmirdi. Deyirdi ki, rus dilini bilmirsənsə, müştəri ilə necə danışacaqsan?"
Bundan başqa şəhərin müxtəlif küçələrində divarlara yapışdırılan elanlarda qrammatik qaydalar da kobud şəkildə pozulur. Bu lövhəciklərdə rus, türk, ingilis sözlərindən yerli-yersiz istifadə edirlər. Metronun "Qara Qarayev" stansiyası yaxınlığında "Ofisiantka tələb olunur", "Nisiyə mal verilmir" kimi elanları da müşahidə etdik.
Paytaxtda fəaliyyət göstərən kinoteatrlarda da eyni vəziyyət idi. Bəzi kinoteatrlarda bilet satanın da alanın da azərbaycanlı olmasına və dilimizi bilməsinə baxmayaraq, hər ikisi rus dilində danışırdı. Filmlərin nümayişinə gəlincə isə onların əksəriyyəti rus dilindədir.
Xatırladaq ki, Azərbaycanda kinoteatrlarda nümayiş olunan bütün filmlərin dövlət dilinə çevrilməsi haqqında qərar verilib. 5 iyul 2011-ci ildən etibarən kinoteatrlarda nümayiş olunan bütün filmlər Azərbaycan dilinə dublyaj olunmuş versiyada verilməli idi. Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən, kinoteatrlar filmi Azərbaycan dilində istənilən formada nümayiş etdirə bilərlər.
Qeyd edək ki, Türkiyədə subtitrlə tərcüməyə daha çox üstünlük verilir. Yəni, orijinal filmin aşağısında türkcə yazılı tərcümə gedir. Rusiyada isə sinxron tərcüməyə üstünlük verilir. Azərbaycanda isə bu sahədəki qanunlara əməl olunmur, dilimizə hörmətlə yanaşılmır. Nəticədə, dili bilən də, bilməyən də filmlərə əcnəbi dildə baxmağa məcbur olur.
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.



DİGƏR XƏBƏRLƏR
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb - (Foto)
-
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı
-
Süni intellekt hansı sahələrdə inkişaf etdiriləcək? - Rəsmi siyahı
-
Bakının bu küçəsində su dayanmadan axır - Sakinlər narazıdır
-
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
-
Qubada dəbdəbəli Hindistan toyu - Gəlin azərbaycanlıdır - (Foto)
XƏBƏR LENTİ
-
Dilarənin ən böyük arzusu
-
Ermənistan ordusunun hərbçisi ölüb
-
Yasdakılar lavaşdan zəhərlənib
-
Bakıda oteldən oğurluq edən tutuldu
-
Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - (Yenilənib)
-
“Dost Almaniya xalqına...” - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)
-
"Barselona" 18 yaşlı futbolçu aldı
-
"30 il əvvəl hazırladığım geyimi indi CeyLo geyinir"
-
Qaradağın bəzi ərazilərində qaz olmayacaq
-
Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
-
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası təsdiqləndi
-
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Ermənistan güləşçiləri Azərbaycana gəlir
-
“Limon turşusu” həbs olundu
-
Günel Bakıda villa tikdirir - (Foto)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
-
Messi ən yaxşı seçildi
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb - (Foto)
-
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
"Avropada müğənnilər məni təkrarlayırlar"
-
Fransa millisi Zidana tapşırıldı





