Tikinti bazarında bahalaşma: 3 SƏBƏB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda müxtəlif sahələrdə baş verən qiymət artımı tikinti bazarına da təsir edib. Bu barədə Bakının ən böyük inşaat materialları bazarlarından biri sayılan Bakı-Sumqayıt yolunda "Eurohome" tikinti materialları bazarından reportaj hazırlayan əməkdaşımıza satıcılar bildiriblər.Əməkdaşımız narazı sahibkarlarla söhbətləşib problemlərini yazdı
Qiymət artımlarına səbəb kimi tikinti mövsümü əsas gətirilsə də, sahibkarlar hesab edirlər ki, daşınma və icarə haqqının artırılmasının təsiri daha çoxdur.
"Gördüyünüz kimi bazarda müştəri azlığı müşahidə olunur. Sifarişlər də azalıb. Deyəcəksiniz ki, hara baxıram, tikinti gedir, necə yəni alver yoxdur? Hə, tikinti işləri gedir, yollar çəkilir, hündürmərtəbəli binalar tikilir, hətta dövlət səviyyəli tikinti layihələri həyata keçirilir. Sizi əmin edirəm ki, onun təsirini biz sahibkarlar hiss etmirik. O məhsulları kim və hardan alır, xəbərimiz yoxdur. Tikinti bazarı ölüb. Biz kasıb-kusuba məxsus torpaq sahəsində tikiləcək evlərə gözümüzü dikmişik. Yalnız onlar tikinti materiallarını bizdən alırlar", - deyə Əli adlı sahibkar bildirdi.
Həmsöhbətimiz deyir ki, qiymət artımı onların marağında deyil: "Biz də başa düşürük ki, qiymət artımı olanda alıcı qıtlığı olur. Qiymət artımına səbəbkar sahibkarlar deyillər. Baxın, seçki ilində, yəni prezident seçkisində, parlament seçkisində qiymətlər artmır. Əksinə, aşağı düşür. Deməli, hökumət qiymət artımına təsir edə bilir. Buna səbəb odur ki, daşıma üçün maneələr azaldılır. İcarə haqqının qiyməti tez-tez qalxmır. Yoxlamalar olmur. Bir sözlə, bizi incitmirlər. Biz də məhsulların qiymətini keyfiyyətinə uyğun satırıq, yəni qiymətləri qaldırmağa məcbur olmuruq. Həm biz qazanırıq, həm də alıcılar.
"Eurohome" tikinti bazarında əvvəllər obyektin kvadratına görə 8 manat ödəniş edirdiksə, son aylarda bu 15 manat olub. Buna heç bir əsas göstərilmir. Etiraz edirsən, deyirlər, xoş getdin. Obyekti boşaldıb başqasına verirlər. Bazar yansa, biz sahibkarlar bankrot olacağıq. Çünki sığortamız yoxdur. Ümumiyyətlə, bazarda fəaliyyət göstərən sahibkarların heç bir sığortası yoxdur".
Sahibkarlar deyirlər ki, onlar bazarın rəhbəri, "Uğur-97" şirkətinin prezidenti Azay Möhnətovla bağlı dəfələrlə gizli şəkildə dövlət qurumlarına şikayət ediblər. Amma şikayətlər onların zərərinə olub. Belə ki, icarə haqqının qiyməti qaldırılıb. Deyilənə görə, onun "krişası" Milli Məclisin üzvlərindən biridir.
Bazardakı elanlarda tikinti materiallarının və avadanlıqlarının Avropa ölkələrinin, Türkiyənin və Çinin istehsalı olduğu bildirilsə də, sahibkarlar məhsulların hamısının Çindən gətirildiyini etiraf etdilər. Obyektlərdə müşahidə apararkən, bəzi yerlərdə kassa aparatlarına belə rast gəlmədik.
Sifarişlərin azalmasından gileylənən sahibkarlar hüquqlarının kobud şəkildə pozulduğundan narahat olduqlarını dedilər. Müraciətlərə baxılmadığından və təzyiqlərin olduğundan şikayət etdilər.
Sahibkarlar deyirlər ki, son aylarda Azərbaycanda ev tikmək bahalaşıb. Buna səbəb tikinti materiallarının qiymətində artımın müşahidə olunmasıdır. "Çox təəssüf edirəm ki, maaşlar qalxmamış bazarlarda məhsulların qiyməti artır. Alıcının məhsulu aparması, yəni daşınma, eləcə də quraşdırmada qiymətlər artıb.
Baxın, "Eurohome" tikinti sahəsində topdansatış yerlərindən biridir. Gördüyünüz kimi bazarda passivlik var. Səbəb qiymət artımıdır. Camaatda pul yoxdur. Deyim ki, qiymət artımı elə bu ilin əvvəlindən başladı və sürətlə davam etdi. Yalnız yay aylarında qiymətlərdə sabitlik oldu. Qiymət artımına səbəb icarə haqqının artırılması, eləcə də polisin və Nəqliyyat Nazirliyi əməkdaşlarının yük avtomobillərinin sahiblərini cərimələməsidir. Bu isə qanunsuzdur", - deyə Qardaşxan adlı sahibkar bildirdi.
"Bizim Yol" qəzeti
Böyütmək üçün şəkillərə klikləyin.









DİGƏR XƏBƏRLƏR
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Nərmin Əhmədova yüksək vəzifəyə təyin EDİLDİ
-
İçkiyə ən çox bu rayonumuz pul xərcləyir - SİYAHI
-
Dəmiryol infrastrukturunun saxlanması qaydaları müəyyən edilib
-
QHT nümayəndələri Nazirliyin publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər - FOTO
-
Paytaxtda tıxac yükü artır - Mütəxəssislər xəbərdarlıq edir
XƏBƏR LENTİ
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib
-
“Məni vurdu, dedi ki, evdə desəm, qiymətimi kəsəcək”
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
“Brent” ucuzlaşdı
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"
-
Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir - VİDEO
-
Tramp: İran ABŞ-nin helikopterini vurub





