Bu içkilər uşaqları öldürə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Red Bull", "Jaguar" və bu kimi digər enerji içkiləri uşaqların ölümünə səbəb ola bilər.
Amerikanın Ürək Dərnəyi enerji içkilərinin zərəri ilə bağlı bu cür rəsmi xəbərdarlıqla çıxış edib və həmin müraciəti Ümumdünya Səhiyyə Təşkilatına göndərib.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış səhiyyə qurumu adıçəkilən içkilərin ürək-damar xəstəliklərinə səbəb olması ilə bağlı açıqlama yayıb.
Araşdırmalardan bəlli olub ki, enerji içkiləri 6 yaşına qədər uşaqlar üçün əks göstərişlidir.
2010-2013-cü illərdə 5 min nəfər 5-18 yaşlı uşaqlar nəzarətdə saxlanılıb. Həkimlər enerji içkilərindən sonra onlarda ürək döyüntülərinin sürətləndiyini, təzyiqin artdığını müşahidə ediblər.
Araşdırmaya qatılan Miçiqan Uşaq Xəstəxanasının baş həkimi Steven Lipshultz uşaqların enerji içkilərindən istifadəsinə qəti qadağa qoyulmasını təklif edib.
Tərkibində yüksək şəkər, kofein olan içkilər ürək xəstəliyi olan yaşlılar üçün də təhlükəli qiymətləndirilib.
Ümumdünya Səhiyyə Təşkilatı da tərkibində natrium benzoat, kofein və amin turşusu kimi maddələr olan içkilərin təhlükəli ola biləcəyini qəbul edib.
Amerikalı mütəxəssislər iddia edirlər ki, tərkibinə müxtəlif qatqılar qatılan enerji içkilərinin istehsalından və geniş yayılmasından sonra ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı sürətlə artıb.
Qeyd edək ki, bu içkilər Azərbaycan bazarında da satılır. Azərbaycanda onların rəsmi satış distribütoru "Cahan Holdinq"dir.
Artıq Türkiyədə enerjili içkilərin satışının qadağan edilməsi ilə bağlı mətbuatda təkliflər səsləndirilir. Azərbaycanda isə bu içkilərdən daha çox gənc nəsil istifadə edir.
Məsələ sosial şəbəkədə də müzakirəyə çıxarılıb. Sosial şəbəkə istifadəçiləri məktəb şagirdlərinin enerji içkilərindən istifadə etməsinə qarşı çıxıb: "Məsələn, "Jaguar" içkisinin tərkibində 9 faiz spirt var. Pivədən də çoxdur spirt! Ancaq o, Bakıda məktəblilər arasında dəhşətli dərəcədə geniş yayılıb. Qiyməti "Red Bull"dan ucuz olduğu üçün (1 manatdır) hətta 4-5-ci sinif şagirdləri də onları vəhşi kimi sümürürlər. Birinə dedim içmə, olmaz, dedi atam icazə verir".
Kardioloq Rafiq Həsənov virtualaz.org saytına bildirib ki, enerji içkilərinin əsas təhlükəsi onların siqaret kimi asılılıq yaratmasıdır: "Enerji içkilərindən sonra ürək döyüntülərinin sürətlənməsi, qan təzyiqinin artması təbii ki, ürəyin yüklənməsi ilə nəticələnə bilər. Araşdırmaçılar hətta bu içkilərin siqaretdən daha təhlükəli olduğunu sübut edən faktlar ortaya qoyurlar. Enerji içkiləri insan beynində oyanıqlığa səbəb olur. Sübut olunub ki, bu içkilərdən istifadə edənlər yaddaş dağınıqlığından, yuxusuzluqdan şikayətlənirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)





