Mənzilinə, mətbəxinə mebel almaq istəyənlər həm qiymət baxımından sərfəli, həm də keyfiyyətli məhsul axtarırlar. Bakıda və ölkənin müxtəlif regionlarında alıcılara hətta xarici istehsal adı ilə müxtəlif çeşidli mebellər təklif olunur. Hətta bəzi firmaların adından brend kimi istifadə edib alıcıları aldadanlar da var.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov modern.az-a açıqlamasında mebel bazarında vəziyyətin heç də ürəkaçan olmadığını vurğulayıb: "Vəziyyət sizin də bildiyiniz kimi heç də yaxşı deyil. Hamısına keyfiyyətsiz demək olmaz. Amma mebellərin təxminən 40 faizi aldadılma yolu ilə satılır. Yəni yerli sexlərdə hazırlanmasına baxmayaraq Türkiyə, Polşa, Almaniya və digər ölkələrin mebelləri kimi təqdim olunur".
Yeri gəlmişkən, AİB sədri onlara daxil olan bir neçə şikayət ərizəsi haqda da məlumat verilib: "Vaqif Yaqubov ərizə ilə müraciət edərək bildirib ki, 2014-cü il oktyabrın 14-də "Madeyra" mebelin Həzi Aslanov filialından yataq dəsti sifariş verib. Mebel quraşdırıldıqdan sonra məlum olub ki, paltar dolabı sifariş olunduğu kimi yox, həddindən artıq ensizdir. Bu səbəbdən onun dəyişdirilməsi üçün dükana müraciət etsə də, istəyi cavabsız qalıb.
Şikayətçinin sözlərinə görə, dolab o qədər ensizdir ki, ora hətta bir kostyum belə asmaq olmur. Şikayətçi qeyd edib ki, oktyabrın 23-də və 27-də mağazanın müdiriyyətdən xahiş etməyinə baxmayaraq kömək edən olmayıb".
"Yataş" mebeldən daxil olan şikayətdə isə xanım alıcı 700 manata aldığı döşəyin keyfiyyətsiz olduğunu bildirib. E. Hüseynovun sözlərinə görə, Humay Həsənova Babək prospekti 33 ünvanında yerləşən "Yataş" mebel salonundan 700 manata döşək alıb: "Xanımın sözlərinə görə, tez bir zamanda məhsul süzülüb, yararsız vəziyyətə düşüb. Zəmanət verilməsinə baxmayarq, alıcının istəyi təmin olunmayıb. Onu da deyim ki, sözügedən mebel salonu normal kassa çeki və ya mədaxil qəbzi vermir".
Başqa bir şikayət isə Xətai rayonu Vəzirov küçəsi 17 ünvanında yerləşən "Odam-2" mebel salonundandır: "Alıcı Ədilə İbrahimova sifariş verdiyi mebel quraşdırılan zaman rəflərin möhkəmliyinə zəmanət verilib və alıcı həmin mebelin üstünə qiymətli əşyalarını yerləşdirib. Amma bir müddət sonra "zəmanətli" rəf qırılıb və təbii olaraq üzərindəki əşyalar da yararsız hala düşüb".
E.Hüseynovun sözlərinə görə, bahalı mətbəx mebellər ilə də bağlı şikayətlər var: "Saleh Rəcəbov birliyə müraciət edərək Xətai prospekti 53 ünvanında yerləşən dükanda mətbəx mebeli sifariş verdiyini, məbləğin kifayət qədər baha olmasına baxmayaraq, ona təqdim edilən mebel dəstinin çox keyfiyyətsiz olduğunu deyib.
O, bizdən problemin həlli üçün kömək istəyir".
Birlik rəsmisi təəssüflə deyib ki, hazırda məşhur brend olan "Avropa qapıları"ndan da ardıcıl şikayətlər daxil olur. O bildirib ki, dövlət orqanları bu şirkətin keyfiyyətsiz məhsullarının öhdəsindən gələ bilmir: "Onlar vətəndaşlara saxta ödəniş qəbzi verməklə, istehlakçıların hüquqlarını pozmaqla, müqavilə şərtlərini yerinə yetirməməklə fərqlənirlər.
Dəfələrlə Vergilər Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etsək də, şikayətlərə baxan olmayıb. Vəziyyət düzəlmir. "Avropa qapıları" ən böyük problemdir. Eyyub Hüseynov hazırda istehlakçıların şikayətlərinə əsasən ən çox rast gəlinən problemin dəyişdirilmə ilə bağlı olduğunu vurğulayıb: "Alınan mebelin keyfiyyətsiz olduğunu anladıqları zaman onun dəyişdirilməsi və ya qaytarılması müşkül məsələdir. Mebel dükanları birmənalı şəkildə bundan imtina edirlər. Bəzən ustalar mebeli quraşdırarkən onun hissələrini zədələyirlər, bu zaman cərimə də alıcının üzərində qalır".
Azərbaycan dükanlarında daha çox Polşa, Türkiyə, Almaniya, Dubaydan gələn mebel dəstləri üstünlük təşkil edir. Malayziya istehsalı olan mebel dəstlərindən şikayət edənlər isə çoxdur. Məhsulları bahalı, ancaq keyfiyyətsiz olur.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda satılan mebellərin 40 faizi saxtadır - SİYAHI
12 Noyabr 2014 11:19
0 Şərh
Baxış: 8 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Hissləriniz sizi doğru istiqamətə aparır
-
Dəyərindən baha pul satılır - VİDEO
-
Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının sayı açıqlandı - rəsmi
-
Bəzi ərazilərdə su kəsiləcək - Xəbərdarlıq
-
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - açıqlama
-
İcra başçısı onlara yüksək vəzifə verdi
XƏBƏR LENTİ
-
"Zəncirbəndini açdı, 1 milyon dollar qazandı" - FOTO
-
Bakıda torpaq sürüşməsi baş verib - VİDEO
-
Pərvin Abıyeva: “Qardaşım” dediyim insanlardan alçaqlıq görmüşəm”
-
"Nyukasl"ın futbolçusu: "Qarabağ" qeyri-adi komandadır"
-
Pezeşkian: Sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir
-
Günün qoroskopu: Hissləriniz sizi doğru istiqamətə aparır
-
“Ürəyimlə ciyərimin ortasında şiş yarandı”
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Dəyərindən baha pul satılır - VİDEO
-
Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının sayı açıqlandı - rəsmi
-
Həbib Nurməhəmmədovun illik gəliri təəccübləndirdi
-
Ukraynanın keçmiş ədliyyə naziri həbs edildi
-
Bakıda Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirildi - FOTO
-
"Efirdə tərbiyəsizlərin yox, ağıllı danışanın mikrofonunu bağlayırlar"
-
Bəzi ərazilərdə su kəsiləcək - Xəbərdarlıq
-
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Zeynəb Xanlarovanın yeni FOTOSu
-
“Liverpul” ulduz futbolçusunu yayda satmağa hazırdır
-
Hacıqabulda ağır qəza - ölən var
-
"Didərgin düşdüyümüzə görə çox alçalmışıq"
-
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - açıqlama
-
Putindən gözlənilməz addım
-
"Nyukasl"ın baş məşqçisi: "Qarabağ"ı ingilis klubları ilə müqayisə etmək çox çətindir"
-
"Həmin qohumumu heç vaxt bağışlamayacağam"





