Azərbaycanda dəbdəbəli məmur nömrələri - pullarını kim ödəyir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəbdəbəli nömrə həvəsi sadə insanlardan başqa, yüksək vəzifəli məmurlardan da yan keçməyib. Onlar insanlara sadəlik və nümunə timsalı olmaq əvəzinə, nömrə eşqi nümayiş etdirirlər.
Bakının mərkəzi küçələrindən biri. Dövlət qurumlarından birinin qarşısında saxlanmış lüks xidməti avtomobillər diqqət çəkir. Maşınların hamısı zəhmli rəngdə, nömrələr isə adi vətəndaşa "məndən qorx" deyir. Bütün avtomobillərin dövlət nömrə nişanı dəbdəbəli və "zerkalnı"dır.
Həmin nömrələrin əksəriyyətinin dövlət rusumu 2500 manata qədərdir. Maraqlıdır, görəsən, dövlət məmurlarının bu nömrələri almaq zərurəti haradan yaranıb və ən əsası - bu pullar dövlət hesabına ödənilirmi?
"Dövlət maşınları da dəbdəbəli nömrələr üçün eyni rüsumu ödəyirmi?" sualını Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə ünvanladıq. Şöbə rəisi bildirdi ki, qoşa rəqəmli dövlət nömrə nişanları üçün hüquqi şəxslər də eyni rüsumu ödəməlidir:
"Qanunvericilikdə göstərilməyib ki, fiziki şəxslərə və ya hüquqi şəxslərə şamil olunur. Rüsumun büdcədən maliyyələşməsini isə deyə bilmərəm. Həmin hüquqi şəxslər arasında dövlət büdcəsindən maliyyələşəni də var, maliyyələşməyəni də".
İnkişaf etmiş ölkələrdə dövlət qurumlarındakı xidməti avtomobillərin nömrələrinin xüsusi seriyaları mövcuddur və onların verilmə qaydası çox sərt tənzimlənir.
Məsələn, Avropa Birliyi ölkələri və ya ABŞ-da "nüfuzlu" nömrə nişanı almaq istəyən şəxs hərraca qatılmalı, yaxud da polis departamentinə müraciət etməlidir.
1989-cu ildən bəri Britaniyada belə "hörmətli" nömrə nişanları yalnız hərraclarda satılır.
İnkişaf etmiş ölkələrdə sözügedən nömrələr çox əvvəllər avtomobil sahibinin statusundan xəbər verirdisə, indi kimsə belə nömrələrə ciddi önəm vermir.
ABŞ-a gəldikdə isə, bu ölkədə "zerkalnı" nömrələrin dövlət qurumlarının mənsublarına dövlət büdcəsi hesabına verilməsi qəti qadağandır. "Dəbdəbəli" nömrələr yalnız Motorlu Texnika Departamentinin saytı vasitəsilə satışa çıxarılır, istənilən amerikalı da rəqəm və ya hərflər kombinasiyalarından ibarət nömrəni bu sayt vasitəsilə ala bilər.
Anar Məmmədov
Milli.Az Böyütmək üçün şəkillərə klikləyin.



DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Liverpul"un keçmiş ulduzu 31 yaşında karyerasını BİTİRDİ
-
"Turan Tovuz" Şəhriyar Əliyevi göndərdi
-
DYP-dən parklanma qaydaları ilə bağlı AÇIQLAMA - FOTO
-
"Toya gəlməsən də pulu kartıma at deyir"
-
ABŞ İrana üzən neft tankerini vurdu
-
Yayda günəş altında satılan məhsulları almayın - Səbəb çox ciddidir
-
Sloveniya Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
DÇ-2026-nın açılış oyununun hakimi BƏLLİ OLDU
-
Qax və Zaqatalada ayı görüntüləndi - VİDEO
-
iOS 27 yeniləməsi yayımlandı - Hansı iPhone-lar dəstəkləyir?
-
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb - Gündəlikdə 10 məsələ var
-
Paytaxtda 10 avtomobil toqquşdu - VİDEO
-
"Qurtuluş” Reabilitasiya Mərkəzi işi üzrə məhkəmənin vaxtı müəyyənləşib
-
Bakının Məmmədli qəsəbəsində göl daşdı, həyətlər çirkab su ilə doldu
-
Şadlıq saraylarında sıxlıq: Məhərrəmlik öncəsi toy bumu
-
Türkiyədə azana hörmətsizlik edən müğənni səhnədən QOVULDU - VİDEO
-
Keçmiş məhkum 7 kq narkotiklə tutuldu
-
Moskvada güclü partlayış - General öldü - VİDEO
-
"Bakı Kart" 3 manat oldu
-
İsrail və İran hücumları bir həftəlik dayandırıblar - Tramp
-
Valideynlər: “Karusellər ya sınıq, ya da bahadır”
-
İraq yığmasının üzvləri ABŞ-da 7 saat dindirildilər
-
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
-
Manat QALXDI - Qonşu ölkədə





