Kartof satdığı deyilən polislə bağlı AÇIQLAMA - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həmin yazıda qeyd olunurdu ki, Maştağada sakinlərin əlacsızlıqdan yol kənarında öz təsərrüfatlarında becərdikləri meyvə-tərəvəzlərini satarkən polis əməkdaşları onlara hücum çəkərək, mallarını müsadirə edirlər və müsadirə etdiklərini öz malları kimi satırlar.Dünən aznews.az-da "Polis küçə ticarəti ilə mübarizə adı altında kasıb adamların malını mənimsəyir" başlıqlı yazı dərc olunub
Bu yazıdan sonra Bakı Şəhər Baş Polis İdarəsi müvafiq araşdırmalara başlayıb və aparılan araşdırmaların nəticələri haqda "Qafqazinfo"ya məlumat verilib.
Bakı Polisindən bildirilib ki, həmin informasiya araşdırılan zaman məlum olub ki, görüntülərdə qeyd olunan polis əməkdaşı heç də kiminsə malını müsadirə edərək satmayıb. O atasının və yaxın qohumlarının Lerikdə becərdikləri və pay üçün ona göndərdikləri kartofu dostu ilə bölərkən görüntülənib: "Hər şeydən əvvəl onu bildirək ki, həmin polis əməkdaşı Post Patrul Xidmətində deyil, tamam başqa bir xidmətdə çalışır. Ona görə də bu polis əməkdaşının yol kənarında xidmət həyata keçirməsi qeyri-mümkündür. Əlbəttə, o öz ailəsinin göndərdiyi tərəvəzi qəbul edirmiş. Lakin onun böyük səhvi bu işi polis formasında həyata keçirməsi olub. Buna görə həmin polis əməkdaşı haqqında ölçü götürüləcək. Bu, məsələnin başqa bir tərəfidir və qaydaları pozduğuna görə o, cəzalandırılacaq. Məsələnin narahatlıq doğuran digər tərəfi isə medianın yaydığı məlumatdır".
Polisdən bildirilib ki, medianın yaydığı məlumatlar daim araşdırılır və öyrənilir. Fakta söykənən informasiyalarla bağlı ölçü götürülür: "Ancaq bu tip xəbərlərin böyük bir hissəsi, o cümlədən Maştağadakı polis əməkdaşı ilə bağlı xəbər polisin nüfuzuna xələl gətirəcək səviyyədə hazırlanıb və həqiqəti əks etdirmir. Mediadan istəyimiz odur ki, xəbər yayarkən həqiqətə söykənməyən məqamlara yer verməsinlər, məsələni dəqiq araşdıraraq dərc etsinlər. Əks halda yanlış məlumatlar həm polisin, həm də medianın nüfuzuna xələl gətirir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





