Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəbirlərin mühafizəsinə dair yeni strategiya hazırlanır - FOTO
4 Noyabr 2014 12:59
Baxış: 1 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə növbəti 5 il üçün bəbirlərin mühafizəsinə dair yeni Milli Fəaliyyət və Strategiya Planının hazırlanması istiqamətində işə başlanılıb.
Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında bəbirlərin mühafizəsi xüsusi yer tutur. Bu nadir növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) "Qırmızı Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilib.
İ.İbrahimova deyib ki, son üç ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə apardığı monitorinqlər nəticəsində bəbirin, demək olar ki, ölkədə yaşadığı bütün areallarda fotoşəkilləri çəkilib, bəbirlərin və onların qida obyektlərini təşkil edən heyvanların say və həyat tərzi haqqında ətraflı məlumatlar toplanılıb: "Nəticədə ölkənin müxtəlif areallarında bəbirlərin sayında artım müşahidə olunaraq, davamlı populyasiyasının yarandığı faktlarla sübuta yetirilib. 2010-cu ildən bəbirin Hirkan Milli Parkının ərazisində balalaması faktı qeydə alınıb və həmin ildən Hirkan və Həsən Əliyev adına Zəngəzur Milli Parklarının ərazilərində mütəmadi olaraq bəbirlərə rast gəlinir. 2013-cü ildə Həsən Əliyev adına Zəngəzur Milli Parkının ərazisində bəbir ailəsinin fotoçəkilişləri aparılıb ki, bu da bir daha bəbirlərin həmin ərazilərdə davamlı olaraq yaşadığını sübuta yetirir".
Qeyd edək ki, bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərindən ümumiyyətlə, bəbirlərin Azərbaycan ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmayıb. Hazırda isə bu növ Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.
Bəbirin mühafizəsində ən effektiv tədbir xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilərək ekoloji şəbəkənin yaradılmasıdır. Son on ildə qorunan ərazilər şəbəkəsinin yaradılması istiqamətində ciddi sıçrayış əldə olunaraq, onların sahəsi 475 min hektardan 893 min hektara çatdırılıb. Hazırda ölkəmizdə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.
Məhz bəbirin yaşam arealı hesab edilən bir sıra qorunan ərazilərin sahəsi 2 dəfəyədək genişləndirilib, qanunvericilikdə bəbirin ovlanmasına görə cəza tədbirləri sərtləşdirilib, 2009-cu ildə isə "Bəbirin Azərbaycan Respublikası ərazisində Mühafizə Strategiyası və Fəaliyyət Planı" qəbul edilib.
Keçən 5 il ərzində Milli Fəaliyyət Planının həyata keçirilməsi nəticəsində bəbirlərin və onların qida obyektlərinin monitorinqi aparılıb, maneələrin dəf edilməsi və dəhlizlərin yaradılması üzrə strategiya işlənilib, təhlükələrin azaldılması, əhalinin maarifləndirilməsi istiqamətində işlər görülüb.
Eyni zamanda, son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılığı altında IDEA beynəlxalq ətraf mühit kampaniyasının Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş fauna növlərinin qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində gördüyü işləri, xüsusən bəbirin mühafizəsi ilə bağlı aparılan tədbirləri xüsusi qeyd etmək lazımdır.
Bakıda IDEA İctimai Birliyi tərəfindən təşkil olunmuş Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) bu nadir növün mühafizəsinə regional əhəmiyyətli töhfə verib. Sammitin işində dünyada pişikkimilərin mühafizəsi sahəsində tanınmış mütəxəssislərlə yanaşı, beynəlxalq ekoloji QHT-lərin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edərək, növün mühafizəsi və davamlı artımı ilə bağlı fikir mübadiləsi aparılıb, əməli təkliflər verilib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi
-
Bakıda 19 istiqamətdə tıxac var
-
Yayın son fürsəti: Ziraat Bank Azərbaycanın 0% komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qaldı!
-
“Bu gün nə yeyək?” sualı tarixə qovuşur: “Plan & Eat” Azərbaycanda korporativ nahar mədəniyyətini kökündən dəyişir
-
630 bal topladı, universitetə qəbul olmadı – (Video)
-
Şölen-in qlobal brendi Ozmo Azərbaycanda anaların rəğbətini qazandı - (Foto)
XƏBƏR LENTİ
-
BDU-da ən populyar ixtisas məlum oldu
-
Xırdalanda binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - (Video)
-
Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Bakıda 19 istiqamətdə tıxac var
-
Yayın son fürsəti: Ziraat Bank Azərbaycanın 0% komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qaldı!
-
Bakıda soyğunçuluq edən şəxs saxlanıldı
-
“Bu gün nə yeyək?” sualı tarixə qovuşur: “Plan & Eat” Azərbaycanda korporativ nahar mədəniyyətini kökündən dəyişir
-
Xalq artistlərinin səmimi görüşü - (Video)
-
Anar Məmmədli və Anar Abdullayevə hökm oxunub
-
630 bal topladı, universitetə qəbul olmadı – (Video)
-
Rusiyada FTX generalı yanacaq oğurluğuna görə saxlanıldı
-
Qumralın ailəsində xoş gün - (Video)
-
Şölen-in qlobal brendi Ozmo Azərbaycanda anaların rəğbətini qazandı - (Foto)
-
Heyvanları döyüşdürən və işgəncə verənləri hansı cəzalar gözləyir?
-
Şahin Qasımov vəfat etdi
-
Zaur Şəbnəm Tovuzlunun sözlərini belə lağa qoydu – (Video)
-
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
-
Qubada kanaldan meyit tapıldı
-
“Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq
-
Azərbaycanda hava ilə bağlı son məlumat - Yenilənib
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
-
80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı, oğlu infarkt oldu
-
Dünyada mazut qıtlığı gözlənilir - Səbəb