Bilik Fondu xarici əlaqələrini genişləndirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fond Çexiyanın paytaxtı Praqa şəhərində sərgi keçirməyi planlaşdırır. Dekabr ayında keçiriləcəyi gözlənilən "Azərbaycanın geologiya elmi Çexiyada" sərgisi "Azərbaycan elmi xaricdə" proqramı çərçivəsində reallaşacaq. Bu istiqamətdə artıq müəyyən işlər görülüb.Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir
İnformasiya təminatı sektorundan Milli.Az-a verilən məlumata görə, Fondun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə sərginin təşkili ilə bağlı Praqada olub və Çexiyada yaşayan diaspora nümayəndələri ilə görüşüb. Görüşdə həmvətənlərimiz maraqlı təkliflər və ideayalar səsləndirib və Bilik Fondunun mərkəzi və şərqi Avropada həyata keçirəcəyi layihələr müzakirə edilib.
R.Məmmədzadə Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin baş konsulu Əlimirzamin Əsgərov və konsul Nigar Əfəndiyeva ilə görüşərək, onlara sərgi barəsində ətraflı məlumat verib: "Baş konsul və konsulla görüşümdə layihənin detalları barədə danışdıq. Onlar bildirdilər ki, Azərbaycan elminin dünyada tanıdılması olduqca vacibdir və Bilik Fondunun keçirəcəyi sərgiyə dəstək verməyə hazırdırlar. Belə qərara gəldik ki, səfirliyin xətti ilə bu ölkədə yaşayan, fəaliyyət göstərən diplomatların, siyasi və ictimai xadimlərin sərgidə iştirakı təmin olunacaq".
Fondun nümayəndəsi Çexiyada fəaliyyət göstərən Azərbaycan və Xəzər araşdırmalar mərkəzinin rəhbər professor Eduard Qombarov və həyat yoldaşı professor Yana Qombarova ilə də görüşüb: "Professor Eduard Qombarov ilə birlikdə Çexiyanın nüfuzlu Karlov Universitetinə getdik və "Karolinum" adlanan əsas bina ilə tanış olduq. Sərgi bu binanın böyük zalında nümayiş olunacaq".
R.Məmmədzadə onu da bildirib ki, sərgidə Azərbaycana xas suxur və minerallar, flora və fauna eksponatları, geoloji xəritələr və geologiya elminə dair ədəbiyyat nümayiş olunacaq.
Bilik Fondu Türkiyə ilə əlaqələrə də böyük önəm verir. 8-16 noyabr tarixlərində paytaxt İstanbulda 33-cü Beynəlxalq Kitab Yarmarkası keçiriləcək. Xarici nəşriyyatların, maarifləndirmə işi ilə məşğul olan təşkilatların və fondların iştirak edəcəyi yarmarkaya Bilik Fondunun aparıcı məsləhətçisi Qismət Rüstəmov qatılacaq. O, İstanbulda yerli və xarici naşirlər, vəqf rəhbərləri, tanınmış yazıçı və şairlərlə görüşəcək. Görüşlərdə Bilik Fondunun xarici əlaqələrinin genişləndirilməsi yolları müzakirə ediləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu Kiyevdə Ukrayna Bilik Cəmiyyətinin icraçı direktoru professor Kuşereç Vasil İvanoviç və cəmiyyətin elmi katibi, əməkdar jurnalist Vasilaşko Vasil Fyodoroviçlə görüşüb. Görüşdə hər iki qurumun gələcək əməkdaşlıq perspektivləri müəyyənləşib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
BDYPİ sürücülərə müraciət etdi
XƏBƏR LENTİ
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb





