Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının avtomobil yollarında gölməçələrin yaranma səbəbi nədir?
3 Noyabr 2014 17:04
0 Şərh
Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakının avtomobil yollarının 20 faizinin kənarı ilə yağış kanalizasiyası şəbəkəsi çəkilib və bu, yağış sularının avtomobil yollarından çəkilməsi üçün nəzərdə tutulub".
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, hazırda paytaxtda mövcud olan yolların yenidən qurulması və yeni avtomobil yollarının tikintisi ilə bağlı fəal işlər görülür. Bu işlərin gedişində yağış sularının çəkilməsi üçün müasir norma və tələblərə uyğun yeni infrastruktur yaradılır: "Lakin tikintisi zamanı bu gün üçün artıq köhnəlmiş standartların tətbiq edildiyi avtomobil yolları mövcuddur. Onların bəzilərində yağış sularının çəkilməsi üçün mövcud olan sistem qeyri-işlək vəziyyətdədir, bəzilərində isə bu sistem, ümumiyyətlə, yoxdur".
Mətbuat xidmətinin rəhbəri deyib ki, həmin çatışmazlıqları cari təmir yolu ilə aradan qaldırmaq mümkün deyil. Bunun üçün mərhələli şəkildə həyata keçirilən əsaslı təmir tələb olunur.
P.Mürsəliyev buna misal kimi yol örtüyünün dağıldığı, həmçinin yağış sularının çəkilməsi sistemində problemin olduğu Ziya Bünyadov prospektini göstərib.
O qeyd edib ki, bu, yağış sularının vaxtında çəkilməsinə imkan vermir və nəticədə gölməçələrin yaranmasına, prospektin asfalt-beton örtüyünün vaxtından əvvəl dağılmasına səbəb olmuşdu.
ASC rəsmisi bildirib ki, məhz buna görə də hazırda prospektdə tamamlanma mərhələsində olan əsaslı təmir işlərinə başlanıldı: "Əsaslı təmir və yenidənqurma çərçivəsində prospektin yağış kanalizasiyası sistemi müasir norma və standartlara uyğun vəziyyətə gətirildi".
Onun sözlərinə görə, bundan başqa, avtomobil yollarının yenidən qurulması zamanı kanalizasiya quyularının montajına və qapaqlarının əvəz edilməsinə böyük diqqət ayrılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, noyabrın 5-dək Azərbaycanda hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı gözlənilir. Noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, temperatur 12 dərəcəyə enib.
Sinoptiklərin proqnozlarına görə, noyabrın 5-dən ölkə ərazisində hava şəraiti mülayimləşməyə başlayacaq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
BDYPİ sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat açıqlandı
XƏBƏR LENTİ
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
-
"Fənərbağça" uduzdu, azarkeş öldü