Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya Nazirliyi polis şöbələrinə müraciət etdi - VİDEO - FOTO
3 Noyabr 2014 16:53
1 Şərh
Baxış: 1 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qanunsuz ovla məşğul olanlara qarşı tədbir görülməsi üçün rayon polis şöbələrinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 1-2-də ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib.
Noyabrın 1-də Göyçay rayonunun Alpout kəndi ərazisində Göyçay rayonu Qarabaqqal kənd sakini Əlövsət Həsənov, Kürdəmir rayonu Təklə kəndi ərazisində Kürdəmir şəhər sakini Asim Səlimov, Abşeron rayonu Məmmədli kəndi ərazisində Bakı şəhər sakini Ceyhun Ağayev və Xaçmaz şəhər sakini Xəlil Xəlilov, Qırmızıkənd Ovçuluq Təsərrüfatının ərazisində Cəlilabad rayonu Uzuntəpə kənd sakinləri İntiqam Nəsirov və Azər Sadiqov ov edərkən saxlanılıblar. Qanunsuz ov edən bu şəxslərdən 6 ədəd ov tüfəngi və 52 ədəd patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və protokollar tərtib edilib, hər biri 1000 manat məbləğində cərimə olunub.
Noyabrın 2-də Qax Dövlət Təbiət Yasaqlığının ərazisində isə Şəki rayonu Kiçik Dəhnə kənd sakini Sahib Məmmədrəhimov saxlanıb, ondan 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı müvafiq qaydada akt və protokol tərtib edilərək qanun pozucusuna 1000 manat məbləğində cərimə yazılıb. Eyni zamanda, həmin gün Saatlı rayonu Şirinbəy kəndi ərazisində içərisində 4 nəfərin olduğu "10 VC 767" dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 3 ədəd ov tüfəngi və 1 ədəd ovlanmış cüllüt quşu aşkar edilib. Lakin həmin şəxslər şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməyib və tüfənglərin götürülməsinə mane olmaqla ETSN-in əməkdaşlarına müqavimət göstəriblər. Bundan başqa, reydlər zamanı İsmayıllı rayonunun Şəbiyan kəndi ərazisində də 2 nəfər naməlum şəxs saxlanılıb. Müqavimət göstərmələrinə baxmayaraq, onlardan 2 ədəd ov tüfəngini və 4 ədəd patronu götürmək mümkün olub. Hər 2 fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbələrinə müraciət olunub.
Qeyd edək ki, ETSN-in müvafiq qurumlarının əməkdaşlarının brakonyerlərin cəzalandırılması istiqamətində həyata keçirdiyi mütəmadi reydlər zamanı brakonyerlər tərəfindən ciddi müqavimət göstərilməsi, şəxsiyyəti təsdiq edən sənədlərin verilməsindən boyun qaçırılması, hətta odlu silahla hədələmə faktlarına tez-tez rast gəlinir və bu da bəzən belə qanun pozucularının cəzalandırılmasında çətinliklər yaradır. Bununla belə, hüquq-mühafizə orqanlarına edilən operativ müraciətlər sayəsində brakonyerliklə mübarizədə effektli nəticələr əldə olunur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye