Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranın turizm potensialı, turistlər və turizmin problemləri
3 Noyabr 2014 13:21
Baxış: 1 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranda turizm baxımından maraqlı və cəlbedici yerlərin olduğuna heç şübhə yoxdur. İranın müxtəlif bölgələrinə getdiyiniz zaman əsrarəngiz təbiət mənzərələri, göz oxşayan islami əsərlər, möhtəşəm tarixi abidələrlə qarşılaşa və İran mətbəxinin ləziz təamlarından dada bilərsiniz. Bundan başqa, İtaliya səyahətçisi Marko Polonun yolu üzərindəki tarixi karvansaralar, gözəl məscidlər, Persepol xarabalıqlarında Təxti-Cəmşid kompleksi və misilsiz sarayları İranın turizm baxımından görməli yerləri adlandırmaq olar.
İran tarixi, dini və təbiət baxımından zəngin ölkə olsa da, turizm sahəsinə diqqətsizlik üzündən İslam Respublikası indiyədək dünya turizm bazarında nailiyyət əldə edə bilməyib. Buna səbəb isə ölkədə turizmin inkişafı ilə bağlı bir xeyli iqtisadi və ictimai problemin hələ də həll olunmamış qalmasıdır.
İranın turizm sahəsinin problemləri
Qeyd etdiyimiz kimi, İranda turizm sahəsinə diqqətsizlik üzündən bu ölkə indiyədək dünya turizm bazarında uğur qazana bilməyib. İran turizm sahəsinin inkişafı üçün bir sıra problemləri həll etməlidir. Ölkədə lazımi qədər dünya standartlarına cavab verən otel, qonaq evləri və restoranların olmaması İranın turizmini inkişaf etdirməyə mane olan amillərdən biridir.
Ölkənin 20 illik inkişaf proqramı (2025-ci ilədək) ilə turizm sənayesini inkişaf etdirmək və İrana gələn turistlərin sayını ildə indiki 5 milyon nəfərdən 20 milyon nəfərədək artırmaq planlaşdırılır. Bu hədəfə çatmaq üçün önəmli məsələlərdən biri də ölkədə otellərin sayının artırılması və yeni otellərin tikintisidir. İranda hazırda 1100 hotel var ki, onlardan 130-u 4 və 5 ulduzludur. 2025-ci ilədək otellərin sayının 3 dəfə artırılması planlaşdırılır.
Artıq bu proqramın icrasından 2 il ötür. İran bu sahədə müəyyən işlər görməyə başlasa da, görülən işlərin sürəti qənaətbəxş deyil və bəzən müxtəlif səbəblərdən yeni hotellərin tikintisi təxirə salınır.
Turizmin inkişafına mane olan digər amil kimi bu ölkədə daxili və xarici turistlər üçün düzgün və dolğun turizm proqramının olmamasını da göstərmək olar. İranda turizm sahəsində unudulan məsələlərdən biri də digər ölkələrdə daha çox diqqət mərkəzində olan tur təşkilatçılarının təlimidir. Səfərin proqramlaşdırılması, təkliflər, otellərdə yerləşdirmə, qarşılanma, yola salınma və s. bu kimi məsələlər digər ölkələrdə kitab, mətbuat, film və başqa vasitələrlə öyrədilir, İranda isə bu sahədə, belə demək mümkünsə, proqramsızlıqdır, lazımi təlimlər yoxdur. Əlbəttə, bunun inkişafı üçün son illər müsbət addımlar atılıb, lakin bu da kifayət etmir.
İranlılar qonaqpərvərdirlər. Onlar ölkəyə gələn turistləri gülər üzlə qarşılayır və evlərinə dəvət edirlər. Lakin ölkə vətəndaşlarının turizm sənayesinin əhəmiyyəti haqqında dolğun məlumatı yoxdur; əhalinin əksəriyyəti gəzməli-görməli yerlərlə bağlı məlumatsızdır, beynəlxalq danışıq dili kimi ingilis dilini bilmir. Bu, əsasən, turizm bölgələri və yerləri haqqında lazımi təbliğatın aparılmamasından irəli gəlir.
İranda turizmin inkişafının əsas problemlərindən biri də xarici ölkələrdə İslam Respublikası haqqında mənfi imicin formalaşması, İranda insan haqlarının pozulması iddiaları və turistlər üçün "təhlükə"nin olması kimi informasiyaların mətbuatda geniş yer almasıdır. İrana bir dəfə gedən şəxs bu ölkədə mövcud olan sabitlik və təhlükəsizliyin şahidi ola bilər.
"Guardian" qəzeti bir müddət öncə dünyanın 20 ən təhlükəsiz ölkəsinin adını açıqlamışdı ki, İran həmin siyahıda 17-ci idi.
İranda turistlər daha çox hara və nə üçün gedirlər?
İranın rəsmi statistikasına nəzər saldıqda aydın olur ki, turistlər bu ölkəyə əsasən ziyarət, müalicə, tarixi abidələr və təbiət mənzərələrini görmək və daha çox ticarət məqsədi ilə səfər edirlər. Turistlər daha çox Xorasan Rəzəvi (Məşhəd), İlam, Qərbi Azərbaycan, Ərdəbil, Şərqi Azərbaycan, Tehran, Xuzistan, Sistan və Bəluçistan və Gilan əyalətlərinə səfər edirlər. İrana səfərlər isə əsasən İraq, Azərbaycan, Türkiyə, Əfqanıstan, Pakistan, Türkmənistan, Səudiyyə Ərəbistan, Küveyt, Hindistan və Bəhreyn kimi ölkələrdən həyata keçirilir.
Turistlərin 81 faizi İranı öncədən tanıdıqları üçün, 14,5 faizi turizm turları ilə, 4 faizi peyk televiziyalarının təbliğatı vasitəsilə, 0,5 faizi isə İrandan kənarda təşkil olunmuş sərgilər vasitəsilə tanış olaraq İrana səfər edirlər.
Oktyabrın 31-də İran KİV-lərinə müsahibəsində İranın Tur Operatorlar Assosiasiyasının prezidenti İbrahim Purfərəc demişdi ki, VİP qatarla İrana səfər etmək üçün 12 min avropalı turist assosiasiyaya müraciət edib. İ.Purfərəc qeyd edib ki, bu qədər avropalı turisti İrana gətirmək üçün VİP qatarla ölkəmizə daha 80 tur təşkil etmək lazımdır. O, İrana gəlmək istəyən turistlərin, əsasən, ABŞ, Britaniya, Almaniya, Fransa və Avstraliyadan olduğunu vurğulayıb və deyib ki, 2015-ci ildə isə Budapeşt-Tehran VİP səyahət qatarının İrana 9 dəfə səfəri planlaşdırılıb.
VİP qatar Budapeştdən Rumıniyaya, oradan isə Bolqarıstan və Türkiyə vasitəsilə İran ərazisinə daxil olur. Bu da onu göstərir ki, İran artıq avropalı turistlərin də marağındadır.
Proqnozlara görə, 21-ci əsrdə dünya üzrə turizm sənayesinin maliyyə dövriyyəsi artacaq və növbəti illər ərzində ən azı 2 trilyon dollara çatacaq. Turizm sahəsində geniş potensiala malik ölkələrdə maliyyə dövriyyəsinin bu məbləğin bir faizi həcmində olacağını nəzərə alsaq, bu, 20 milyard dollar gəlir deməkdir. Bu isə İran iqtisadiyyatı kimi iqtisadi sistemlər üçün göydəndüşmə bir fürsətdir və həmin vəsaitin əldə olunması digər iqtisadi sahələrə də təsir edə bilər.
Təmkin Cəfərov
Trend-in icmalçısı

DİGƏR XƏBƏRLƏR
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
XƏBƏR LENTİ
-
“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu