Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsi yad edildi
1 Noyabr 2014 17:30
2 Şərh
Baxış: 1 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaşasaydı, 61 yaşı tamam olacaqdı. Ancaq o, Vətən uğrunda ölməyi yaşamaqdan üstün tutdu. Ölməzdən əvvəl mənfur düşmənə qənim kəsildi, sayzıs-hesabsız erməni yaraqlısını məhv etdi. Adı ilə ucaldı, göstərdiyi igidliklərlə digərlərinə örnək oldu. Bəli, söhbət Ağdarə uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Milli Qəhrəman Koroğlu Rəhimovdan gedir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Milli Qəhrəman, Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuzun Xaçmaz kəndində anadan olub. Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu, Xocalı faciəsidən sonra könüllü olaraq 1992-ci il, 17 mart tarixdə Milli Ordu sıralarına yazıldı. 1992-ci ildə Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində rəşadətlər göstərdi. Doyüşlərdə 15 erməni yaraqlı məhv edilir, xeyli sayda silah-sursat ələ keçirilir.
Çox keçmir Mənəşli, ardından Başkən erməni işğalçılarından təmizlənir. Bu əməliyyatlarda Koroğlunun komandirlik etdiyi alay onlarla erməni qəsbkarını öldürür. Bir-birinin ardınca uğurlar onun döyüş səlnaməsinə əlavə olunur. Üç övlad atası olan Koroğlu 1992-ci il iyulun 3-də Ağdərə uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olur. O, şəhid olmaqla adını qəhrəmanlar sırasına yazdırdı. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994 il tarixli, müvafiq fərmanına əsasən, ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasında göstərdiyi qəhrəmanlıqlara görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu "Milli Qəhrəman" adına layiq görülüb.
Öz qəhrəman oğulları ilə fəxr edən qədirbilən xalqımız Koroğlunun xatirəsini əziz tutur. Onun adının əbədiləşdirilməsi məqsədilə Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilib və bu küçədə onun büstü qoyulub. Eləcə də, Oğuzda küçələrdən biri və Xaçmaz kəndində 3 saylı körpələr evi-uşaq bağçası qəhrəmanın adını daşıyır. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında istehsal olunan "Qarabağ qəhrəmanları" silsiləsindən 4-cü sənədli film Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunub.
Allah rəhmət eləsin!
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye