Bazar günü Azərbaycanda hava necə olacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, gecəyə doğru yağıntılı olacağı gözlənilir.Noyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, günün ikinci yarısında 18-23 m/s, arabir 25-30 m/s olacağı, axşama doğru yarımadanın bəzi yerlərində 33-35 m/s-dək güclənəcəyi gözlənilir.
Temperatur gecə 8-10° isti, gündüz 10-13°, axşama doğru 5°-dək isti, Bakıda gecə gecə 8-10° isti, gündüz 11-13°, axşama doğru 5°-dək isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Qərb küləyi 5-10 m/s olacaq, arabir 15-20 m/s-dək güclənəcək.
Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var.
Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s olacaq, ayrı-ayrı yerlərdə 30-33 m/s-dək güclənəcək.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s olacaq, ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.
Temperaturun gecə 3-6° isti, gündüz 6-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var.
Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s olacaq, ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.
Temperaturun gecə 0-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s olacaq, ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.
Temperaturun gecə 4-9° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Şimal-şərq küləyi 5-10 m/s olacaq, arabir 25-30 m/s-dək güclənəcək.
Temperaturun gecə 5-7° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Hava şəraitinin kəskin dəyişməsi haqqında xəbərdarlıq
Noyabrın ilk günlərində hava şəraitinin qeyri-sabit, əlverişsiz keçəcəyi, havanın temperaturunun 2-si axşamdan başlayaraq kəskin 7-12° enəcəyi, ayın 2-si axşam və 3-4-də 4-6° isti olacağı gözlənilir. Şimal-qərb küləyinin noyabrın 2-si günün ikinci yarısından 3-ü axşamadək arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində 30-34 m/s-dək şiddətlənəcəyi ehtimal olunur. Ayın 1-i günün ikinci yarısında, 2-də arabir yağış yağacağı, 2-si axşamdan 5-dək fasilələrlə yağıntı olacağı gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
BDYPİ sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat açıqlandı
XƏBƏR LENTİ
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
-
"Fənərbağça" uduzdu, azarkeş öldü





