1980-ci ildə Xaçmaza səfər edən Moskva sirkinin meymunu burada tələf olur. Doğuş zamanı ölən heyvanın balası da sağ qalmır. Sirkin tərkibindəki maraqlı heyvanlardan olan meymunun ölümü hamını təssüfləndirir. Baytarlıq işçiləri isə ölən meymunu və balasını xüsusi maddə ilə doldurulan qabda uzun müddət qoruyub saxlamaq qərarına gəlirlər. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, mütəmadi nəzərat olunan eksponat artıq 34 ildir ki, Xaçmaz baytarlıq laboratoriyasında qorunub saxlanılır. Bu müddət ərzində meymun və balasının zahiri görünüşündə heç bir dəyişiklik olmayıb.
Xaçmaz baytarlıq laboratoriyasında saxlanılan maraqlı eksponat 10 litr 20%-li fermalin maddəsi ilə əhatə olunub. Ağabəy Məmmədov bildirir ki, həmin maddənin buxarlanma riski çox olduğundan ona daimi nəzarət vacibdir.
23 ildir baytarlıq sahəsində çalışan Ağabəy Məmmədov qulluq olunacağı təqdirdə bu eksponatın hələ uzun müddət görünüşünü dəyişmədən qalacağına əmindir.
Milli.Az