"Məcbur olub qazırıq, başqa yolumuz yoxdur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrdan başlayaraq Bakının küçələri yenə qazıq-qazıq olunur. Şəhərin müxtəlif istiqamətlərində qazıntı işlərinin aparıldığını görmək olar. Bu vəziyyət də tıxacların yaranmasına gətirib çıxarır. Hazırda paytaxtda qazıntı işlərini "Azərsu" ASC həyata keçirir. Qurum paytaxtın Nobel, Bülbül prospektlərində qazıntı işləri aparıb, müxtəlif küçələrdə, yollarda təmirə başlayıb. Ancaq bu təmir-qazıntı işlərinin səbəbi məlum deyil. "Azərsu" nə qazır, niyə qazır?"Azərsu" ASC-nin sözçüsü Bakıda yolların qazıq-qazıq olunmasından danışdı: "Bizdən Prezident Administrasiyasına, Milli Məclisə şikayət edirlər..."
Sualımızı "Azərsu" ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı cavablandırdı. "Azərsu" sözçüsü məlumat verdi ki, hazırda şəhərdə su və kanalizasiya xətlərinin plana uyğun olaraq mərhələli şəkildə dəyişdirilməsi prosesi həyata keçirilir.
Onun sözlərinə görə, Bakıda sovet dövründən qalan və istismar dövrünü başa vurmuş su-kanalizasiya xətləri mövcuddur. A.Cəbrayıllı küçələrin, yolların qazılmasının səbəbinin də məhz istismar dövrü bitmiş xətlərin yenilənməsi ilə bağlı olduğunu açıqladı.
"Bakıda sovet dövründən qalan su xətlərinin yenilənməsi işləri davam edir. Şəhərin Bülbül prospektini başdan-başa qazmışdıq və su xətlərini dəyişdirdik. Eyni zamanda, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətlərini nəzərdə keçirir, sonra bir-bir dəyişirik. Bilirsiniz ki, əksər su və kanalizasiya xətləri avtomobil yollarının altından keçir.
Qəza baş verəndə biz bu ərazini qazmaq məcburiyyətində qalırıq. Çünki başqa yolumuz da yoxdur. Ona görə də şəhərdə yolların qazılması həm planlı şəkildə həyata keçirilir, həm də qəza baş verəndə məcbur olub qazırıq".
A.Cəbrayıllı söylədi ki, qazıntı işləri aparmaqda məqsəd heç də yolları dağıtmaq, piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirmək deyil: "Biz bir su xətti çəkəndə asfaltın 20-25 santimetrini qazırıq, sonra asfalt çəkirik. Məsələn, "Xətai" metrosunun qabağında qazıntı işləri apardıq və kanalizasiya xətlərini dəyişdik.
"A.M.A.Y."-ın yanında da bu işləri gördük. Onlardan biri 800 millimetrlik kanalizasiya xətti, digəri isə 600 millimetrlik diametrli yağış suları axıdılması üçün kollektordur. Bunlar planlı və vacib layihələrdir. Bakıda 900-dən artıq su xəttini qabağa çıxarmışıq, xətləri yeniləmişik. Bu binaların qarşısında qazıntı aparıb yekunlaşdırdıqdan sonra da belə qoymuruq, asfaltlayırıq. Ancaq bir çox hallarda bizə bununla bağlı çoxlu müraciət və şikayətlər daxil olur".
Müsahibimiz dedi ki, bu şikayətləri dərhal araşdırırlar: "Mən fotoqraf göndərirəm və yerindəcə çəkiliş aparılır. Çox zaman məlum olur ki, vətəndaşlar qazılan yerdən əlavə bütün həyətin asfaltlanmasını istəyirlər. Bu isə "Azərsu"nun planlarına daxil deyil. Yəni bir çox hallarda bu cür şikayətlər əsassız olur. Hətta bizdən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə şikayət edirlər. Amma araşdıranda məlum olur ki, sakinlər qazılan yerdən başqa bütün həyətin asfalt olunmasını tələb edirlər".
"Azərsu" rəsmisi əlavə olaraq dedi ki, qabaqda görüləcək işlər var və qazıntı aparılması davam edəcək: "Həm zaman, həm maliyyə cəhətdən bu planları qısa vaxtda başa çatdırmaq mümkün deyil. Biz çalışırıq ki, problem olmasın.
Ancaq Bakıda 30 - 40-cı illərdə çəkilmiş su xətləri hələ də istismardadır. Onların mərhələli şəkildə dəyişdirilməsi planda var. Ümumiyyətlə, paytaxtda su və kanalizasiya xətlərinin 80 faizi istismar dövrünü başa vurub və bu istiqamətdə vəziyyət ürəkaçan deyil. Həmçinin Bakıda 8 mindən çox çoxmənzilli binalar var. Bu yaşayış binalarının 70 faizində su xətlərinin vəziyyəti yaxşı deyil. Biz hələlik 10 faizini dəyişə bilmişik və qarşıdakı dövrdə işlər davam edəcək".
"Yeni Müsavat"
DİGƏR XƏBƏRLƏR
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
BDYPİ sürücülərə müraciət etdi
XƏBƏR LENTİ
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb





