Dində məcburiyyət yoxdur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uca Rəbbimiz hər bir insana ağıl və iradə vermişdir. Peyğəmbərlər göndərməklə və kitablar endirməklə haqqı batildən, imanı küfrdən, hidayəti zəlalətdən ayırmış, bunların hər birini açıqlamış və insanlara bildirmişdir. Kim istəsə, iman edər, kim də istəsə inkar. Allah insanları dinə, imana və ibadətə məcbur etsəydi, onda Yer üzündəki hər kəs inanar və ibadət edərdi. Allah imtahanın bir nəticəsi olaraq, dinə inanmağı insanların öz ixtiyarına vermişdir. Peyğəmbərimizin vəzifəsi isə insanları dinə girməyə məcbur etmək deyil, nəsihət vermək, dini insanlara təbliğ etmək, dini qaydaları insanlara söz və əməl vasitəsilə göstərməkdir.
İslam dinində tam bir əqidə azadlığı vardır. Dinimizdə əsas olan insanların öz azad iradələri ilə dinə yönəlmələri və onu qəbul etmələridir. İslam bir iman və həyat tərzi kimi heç kimə məcburi şəkildə qəbul etdirilə bilməz. Əgər dinə ürəkdən istəyərək yönəlsək, ancaq o halda bunun bir mənası olar. Bizi dinin əmrlərinə və qadağalarına əməl etməyə sövq edən imanımızdır. Biz onlara dinə olan sədaqətimiz səbəbilə əməl edirik. Məhz bu səbəbdən ibadət edir, halala riayət edir, haramdan isə çəkinirik.
Rəbbimiz "Bəqərə" surəsinin 256-cı ayəsində açıq bir ifadə ilə dində məcburiyyətin olmadığını bildirməkdədir. Bu ayədəki "məcburiyyət" ifadəsi iman edib-etməmə ilə əlaqəlidir. Allah insanlara yaxşını pisdən, xeyri zərərdən, haqqı batildən ayıran ağıl vermiş, bu işdə ona yardım etmək üçün də kitablar və peyğəmbərlər göndərmişdir. Bundan sonra istəyən şəxsin iman edə bilməsinin, inanmasının və əqidəsini yaşamasının önündə heç bir maneə olmamalıdır. İslam din və iman azadlığını nəzərdə tutur. Bu azadlıq daxilində istəyən hər kəs ağıl və iradəsindən istifadə edərək iman edər. Bunlardan lazımınca istifadə edə bilməyərək iman edə bilməyəni məcbur etmək faydasız olmaqla yanaşı, belə bir imanın heç bir qiyməti də yoxdur.
Məcbur etmə bir şəxsə bəyənmədiyi, istəmədiyi bir işi zorla, hədə-qorxu və təzyiq ilə gördürməkdir. Dini qəbul etmələri üçün insanları məcbur etmək olmaz. Belə bir hal qəbuledilməzdir. Dinin əsası olan iman qəlb ilə təsdiq etmək və inanmaqdır. İmanın məkanı olan qəlbə heç kim təzyiq göstərə bilməz. Din heç kimə istəmədiyi halda qəbul etdirilə bilməz. İnsan təzyiq nəticəsində dini qəbul etdiyini deyə bilər, lakin qəlb ilə təsdiq etmirsə, bunun heç bir mənası olmaz. Digər bir tərəfdən, öz azad iradəsi ilə dini qəbul edən insan o dinin qayda-qanunlarına da öz istəyi ilə əməl etməlidir. İnsan səmimi-qəlbdən namaz qılmalı və ibadət etməlidir. Kiməsə zorla namaz qıldırmağın, oruc tutdurmağın və dua etdirməyin heç bir mənası yoxdur. İmanda olduğu kimi, məcburən edilən ibadətin də Allah qatında heç bir dəyəri yoxdur və belə bir ibadət məqbul hesab edilmir. İbadətlərin əsas məqsədi insanın səmimi-qəlbdən Allaha yönəlməsi və Onun razılığına nail olmasıdır. İbadətlər Allah üçün edilməlidir. Biz öz ibadətimizi səmimiyyətlə və təmiz qəlblə etməliyik.
Müsəlman olmaq Allahın iradəsinə uyğun şəkildə yaşamağa razı olmaq, hətta bu həyatdan məmnun olmaq mənasına gəlir. Həm müsəlman olub, həm də nəfsin arzu etdiyi kimi yaşamaq doğru bir davranış deyildir. İslam ona inanmayanları buna məcbur etmir. "İman etdim" deyənlərə isə bəzi tapşırıqlar verir, onları nizam-intizama salır və onlara ömür boyu təlim verərək yaxşı bəndə olmalarını təmin edir.
Gəlin dinimizə səmimi-qəlbdən tabe olaq və onun əmrlərini sevərək yerinə yetirməyə çalışaq. Bizim hansısa bir şəxsi məcburi şəkildə dinə gətirmə və ya dindarlaşdırma səlahiyyətimiz yoxdur. Yadda saxlamaq lazımdır ki, hər bir şəxs öz hərəkətlərinin və seçimlərinin məsuliyyətini daşıyır.
DİGƏR XƏBƏRLƏR
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
XƏBƏR LENTİ
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş





