Məktəblilərin ağır çantaları: nə etməli?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunun üçün azyaşlı uşaqlar parta arxasında əyri oturduqları zaman onurğaları deformasiyaya uğrayır. Doğru oturuş qaydası isə belədir: baş dik olmalı, sinə və bel düz dayanmalı və uşaqlar masaya yaxın oturmalıdırlar. İlk vaxtlar çox əhəmiyyət verilməyən bu əyrilik sonradan onurğa xəstəliklərinə səbəb ola bilər. Əyriliklər, əsasən, 3 cürdür: onurğanın arxaya, önə və yana doğru əyilməsi.
Mövzu ilə bağlı "Zaman-Azərbaycan"ın suallarını travmatoloq-ortoped dr. Sənan Aşirov cavablandırdı. O, onurğa əyriliyinin yaranma səbəbləri haqda bunları dedi: "Onurğa əyriliyi anadangəlmə və ya sonradan qazanılmış olur. Elə körpələr var ki, anadangəlmə onurğa əyriliyi ilə doğulurlar. Bəzilərinin də onurğa əzələsi zəif olur. Belə uşaqlar ağır məktəbli çantalarını daşıdıqları zaman, masa arxasında əyri oturduqları zaman onurğalarında əyilmələr baş verir. Bu barədə həm valideynlər, həm də müəllimlər maariflənməlidirlər. Valideynlər övladlarının çantalarının həddindən artıq ağır olmaması üçün buna diqqət yetirməlidirlər. Bundan başqa, onlar çantanın doğru şəkildə taxılmasına nəzarət etməlidirlər. Çiyindəki yük bərabər paylanmalıdır. Əgər yük bir çiyinə çox, bir çiyinə az düşərsə, bu zaman onurğada deformasiyalar baş verir. Müəyyən bir müddətdə bu proses davam edirsə, onurğa əyriliyinin baş verməsi riski 70 faizə bərabər olur".
Bəs onurğa əyriliyinin başqa hansı fəsadları var? Travmatoloq-ortoped dedi ki, çiyin əyildikdə birinci növbədə insanın xarici görünüşündə xoşagəlməz dəyişikliklər olur: "Bundan əlavə, onurğa və çiyində ağrılar yaranır. Nəticədə bu, "kifoz", "lardos" və "skoliyoz" xəstəliklərinin yaranmasına gətirib çıxarır. Skoliyoz xəstəliyi onurğanın sağa və ya sola doğru əyilməsidir. Ağır çanta götürən uşaqlarda isə ən çox kifoz xəstəliyi yaranır. Bu zaman bel önə doğru əyilir, yəni uşağın kürək hissələri donqarlaşır. Xəstəliyin qarşısını almaq üçün valideynlər, bağça və məktəb müəllimləri bilgiləndirilməlidirlər. Bundan başqa, uşaqlara da başa salınmalıdır ki, onlar düzgün oturuş qaydasını bilsinlər. Düzgün istiqamətdə yerisinlər, idmanla məşğul olsunlar və çoxlu ağartı məhsulları ilə qidalansınlar. Ancaq ən çox məsuliyyət valideynin üzərinə düşür. Çünki uşaq vaxtının çoxunu evdə keçirir. Valideynlər daim onların oturuşlarına fikir verməlidirlər".
"Onurğa əyriliyinin müalicəsi varmı?"-sualımıza isə həmsöhbətimizin cavabı belə oldu: "Xəstəliyin müalicəsi xəstənin yaşından, gec və ya tez müraciət etməsindən və xəstəliyin dərəcəsindən asılıdır. Onurğa əyriliyi 1-ci dərəcəlidirsə, 2 kurs, 3-cü dərəcəlidirsə, 2 və daha çox kurs müalicə götürməlidirlər. Xəstələr eyni zamanda xüsusi karsetlər geyinməlidirlər. Əgər anadangəlmə deyilsə, erkən yaşlarda müraciət edilən zaman kifoz, skoliyoz xəstəlikləri müalicə edilir. Xəstəlik azyaşlı uşaqlarda masaj, fizioterapiya, idman və üzgüçülüklə müalicə olunur. Daha sonrakı yaşlarda isə xəstəliyin yuxarıda qeyd etdiyim üsullarla müalicəsi mümkün olmur. Bu zaman onurğa əyriləri 25, 30 dərəcəni keçərsə, xəstəlik ancaq əməliyyat yolu ilə müalicə edilir. Anadangəlmə onurğa əyriliyi də düzəlir. Ancaq bu, xəstəliyin dərəcəsindən asılıdır. Əgər 10 yaşına kimi uşaqlarda rentgen təyini ilə 35, 40 dərəcəli əyrilik varsa, burada heç bir müalicədən söhbət gedə bilməz. Bu zaman xəstə birbaşa əməliyyat olunmalıdır. Əgər azyaşlı uşaqlarda 20, 25 dərəcə əyrilik varsa, xəstə müalicə ilə yaxşılaşır. Belə uşaqlar 18 yaşına kimi normal, həkim nəzarətində saxlanılarsa və əyrilik artmazsa, onlarda sonradan heç bir problem olmur".
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





