Zorlanmışlara məktub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qadın elə qadındır. Dünyanın hər yerində danışdığı dildən, geyindiyi paltardan, gözünün rəngindən, Merkel və ya Fatma xala olmağından asılı olmayaraq... Bizi bu dünyada istəyən, bizi bu dünyada saxlayan yoxdur. Necə ki, səni bir kimsə ayaqlarından tutub saxlamadı. Kimimizi uzun saçından, kimimizi fikirlərindən asdılar. Biz dünyaya gələndə heç kim qurban kəsmədi, heç kim sevinmədi. Adımız "Ədalət", "Xoşbəxt", "Səxavət" yox, "Bəsdi", "Yetər" oldu. Bizi tarla bildilər, əkdilər, sonra yerli-dibli biçdilər.
Keçirdiyin bütün hisslər tanışdır. Bizim hamımıza təcavüz edilib. Kimimizin beyninə, kimimizin ürəyinə, kimimizin uşaqlıq borusuna, kimimizin evinə, cibinə, kiminin də torpağına...
Fərqi yoxdur, 18 il, 28 və 98... Ana, bacı, arvad, qaynana, sevgili, fahişə. Yaş, status nə olursa-olsun, biz heç vaxt öz adımızla çağırılmırıq. Qadın olmuruq. Yaşamadığımız qadınlığımız bizimlə bərabər əvvəl ürəyimizdə, sonra da torpağın altında çürüyür. Cəmi 18 il yaşadın. Yaşın az olsa da, çox yaşadın. Təcavüz, ağrı, qisas hissi, qətl. Yaşıdların dünyanın qadınının üzünə, həyatına gün işığı düşən yerdə dərs oxuyur, ilk eşqinin həyəcanını yaşayır, körpəlik oyuncaqları ilə çəhrayı yatağında yatır. Sən öz ölkənin dəyirmanında üyüdülən, qanı sorulan nə ilk, nə də son qadınsan. Yeganə günahın isə günahsızlığın, bədəninə və ruhuna olan təcavüzün hirsini ürəyində əridə bilməməyin idi. Sənli, mənli, bizli, onlarlı çoxdan əsirlikdəyik, çoxdan təcavüzə uğramışıq, ruhumuz məngənəyə salınıb, qandallara sarınıb. Çünki qadınıq. Qadınsansa mənəvi, cinsi, iqtisadi təcavüzü üstlənməlisən kişilərin qol gücü ilə idarə olunan dünyada. Məsələn, mən heç vaxt zorlanan, qadın tərəfindən döyülən kişi görmədim. Biz küçədə onlara söz atmadıq, nəqliyyatda yançaqlarına əl gəzdirmədik, döymədik, söymədik, aciz bilib cinsi zorakılıq göstərmədik.
Uzun, qara saçın torpağın altında solur indi. Cismin çürüdükcə ruhun iki əl olub ömrünü yarıda qoyan vəhşi rejimin, nəzir yeməkdən sağmal inəyə dönmüş mollaların boğazına yapışsın. Bir müddət sonra sən də unudulacaqsan, yerini başqaları tutacaqlar. Daha sonra başqa qızlar zorlanacaq, asılacaqlar. Silsilə davam edəcək. Qadınların bu dünyaya başqa qadınlara təcavüz etmək üçün kişi gətirməyi, kişilərin isə dünyaya gəlməyin heyfini çıxmaq üçün analarının həmcinslərini zorlamağı dayanmayacaq.
"Təmiz Dünya" təşkilatının qadın sığınacağı ilə əməkdaşlıq etdiyim müddətdə həyatı boyu cinsi zorakılıq görməmiş, lakin cinsi zorakılıq gördüyünə hətta özü də inanan qadınlar gördüm. Zorakılıq, qorxu, hər zaman zərbə almaq, əzilmək təhlükəsi ilə üz-üzə qalmaq qadınların torpağına hopub.
Əziz Reyhanə, sən, yəqin ki, "o dünya"nın varlığına inanırsan. Əgər "o dünya" varsa, orada ruhuna sakitlik, yeganə ədalətli sistem olan xəyali amazon yurdu arzu edirəm.
P.S: Bütün ölkələr kimi mənim də ölkəmdə qadınlara qarşı hər cür zorakılığa rast gəlinir. Bu danılmaz faktdır. Əks halda 1998-ci ildən bu yana qadınları hər cür zorakılıqdan müdafiə edən sığınacaq fəaliyyət göstərməzdi. Ölkənin müxtəlif yerlərindən qadınlar bir dam altda yığılıb kişi yumruğundan, bıçaqdan, təhqirdən, hüquqsuzluqdan gizlənməzdilər. Bu gün həmin sığınacaq maddi imkansızlıqdan bağlanmaq təhlükəsi qarşısındadır. Sığınacağın olmaması qadınlara qarşı zorakılığı inkar etmir. Yumruğunuzu, gücünüzü "zəif" deyib aşağıladığınız qadınların müdafiəsinə sərf edin. Əks halda yüzlərlə qadının sığınmaq üçün müraciət etdiyi qapı üzlərinə bağlı qalacaq. Bu reklam və ya sifariş yox, qadın kimi tələbimdir. Məni yalançı çıxarın, gücünüzü qadınla mübarizəyə yox, müdafiəyə cəmləyin.
Günay Arda
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
BDYPİ sürücülərə müraciət etdi
XƏBƏR LENTİ
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb





