Paytaxtımızın 7 möcüzəsi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəhərdə tikinti işləri sürətlə gedir və tam əminliklə demək olar ki, Bakı 2020-ci ilədək Zaqafqaziyanın Sinqapuruna çevriləcək.Avrasiyanın sürətlə inkişaf edən şəhərlərindən biri də Bakıdır
Milli.Az publika.az-a istinadən müasir Bakını bəzəyən 7 möcüzəli memarlıq nümunələsinin siyahısını təqdim edir.
Heydər Əliyev Mərkəzi
Zaha Hadid tərəfindən layihələşdirilən Heydər Əliyev Mərkəzi XXI əsrin ən füsunkar tikililəri siyahısına düşüb. Binada mətbuat mərkəzi, sərgi zalı və inzibati ofislər var. Tikintisində heç bir düzxətli konstruksiyadən istifadə olunmayıb. Dalğavarı bina 2014-cü ilin ən yaxşı layihəsi seçilib və "Design of the Year 2014" (İlin dizaynı) mükafatına layiq görülüb.
Baku Crystal Hall
25 min insan tutumuna malik olan Crystal Hall düz 8 aya tikilib. Onun tikintisi üçün körfəzdə süni yarımada da salınıb. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycan mərasimin keçirilməsi üçün Crystal Hall-u seçib. İndi isə burada konsertlər keçirilir.
Heydər Əliyev Hava Limanı
Uzun müddət Bakı hava limanı kiçik terminaldan istifadə edib. İnkişafla əlaqədar hava limanını genişləndirməyə ehtiyac yarandı. 2013-cü ildə hava limanının yeni terminalı açıldı. Maraqlıdır ki, hava limanı yuxarıdan baxanda qanadları açıq vəziyyətdə olan quşa oxşayır. Yeni terminal dövlət hava şirkəti olan "Azal"ın idarəçiliyi altındadır.
Ağ şəhər
Bakıda nə vaxtsa sənaye bölgəsi və fəhlə rayonu hesab olunan Qaraşəhər adlı bir ərazi mövcud olub. İndi isə hökumət bu ərazinin adını dəyişərək burada "White City" adlı yeni şəhər salmaq niyyətindədir. Yeni rayonun sahilyanı bölgələri yalnız hündürmərtəbəli binalarla bəzədiləcək.
İçərişəhər
Bu yer sovet filminin dünyadakı bütün həvəskarlarının ən sevimli məkanıdır. Məşhur "Brilyant əl" filmi məhz burada çəkilib. İndi isə "Mironovun qaçaqmalçıları"nın keşik çəkdiyi köhnə küçələrdən yalnız qapılar qalıb. Buraya gələn hər bir turist selfie çəkdirməyə çalışır.
Flame Tower
Flame Tower (Alov qüllələri) Bakı və Azərbaycanın yeni simvoludur. Simvol isə gərək Bakının hər yerindən görünsün. Binanın işıqlandırılma sistemi dünyada ən yaxşılardan biri hesab olunur. Qüllə tamamilə üzərində yanan alovu əks etdirən LED ekranla əhatə olunub. Binanın işıqları uzaqdan alova bənzəyir və elə bu səbəbdən də binaya "Alovlu qüllələr" adı verilib.
Khazar İslands
Dünyanın yeni möcüzəsi tikilmə mərhələsindədir. Khazar İslands - Xəzər dənizində yerləşən 78 adanı birləşdirən süni arxipelaqdır. Onun uzunluğu 10 kilometrdir. Tikinti işlərinə 100 milyard dollar sərf olunacaq. Plana əsasən, yeni şəhərdə sakinlər 2016-cı ildə məskunlaşacaqlar. 2025-ci ildə isə burada əhali 1 milyon nəfər təşkil edəcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





