Avtobus sürücülərinin bu hərəkəti bütün pozuntuları geridə qoyur - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sərnişinlə dolu avtobusun yanacaqdoldurma məntəqəsinə (YDM) daxil olması yolverilməzdir. Bəs bu qayda-qanuna əməl edilirmi?Son vaxtlar sərnişinlə dolu ictimai nəqliyyatın yanacaq doldurma məntəqələrinə girməsi halı çoxalıb
ANS TV-nin məlumatına görə, avtobus sürücüsü ilk növbədə sərnişinin təhlükəsiz, daha sonra rahat mənzil başına çatmasına cavabdehdir. Amma nə yazıq ki, bunu düşünməyən və ya qulaq ardına vuran sürücülər də az deyil. Gün ərzində bir neçə ünvanda müşahidə aparmağımız yetdi ki, buna əmin olaq.
İlk olaraq paytaxtın Nəsimi rayonu, 6-cı mikrorayon ərazisinə üz tuturuq. Yanacaqdoldurma məntəqəsinə sərnişin dolu avtobus daxil olur. Məntəqəyə daxil olan avtobusun sürücüsü ilk olaraq yanacaq çəninin açarını operatorlara təqdim etmək üçün əlini uzadır. Məntəqə işçiləri məsələdən xəbər tutan kimi sürücüyə buradan uzaqlaşmağı tövsiyyə edirlər. Bunu görcək biz də avtobusun sürücüsünə yaxılaşdıq. 26 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü yolda tıxac olduğundan buradan keçdiyini əsaslandırır.
Bir müddətdən sonra eyni yanacaqdoldurma məntəqəsinə daha bir - 26 saylı marşut xətti üzrə hərəkət edən avtobus daxil olur. Eyni minvalla bu sürücü də əvvəlcə ərazidə dayanmaq istəyir.
170 saylı marşrut xətti üzrə fəaliyyət göstərən atobusun da sürücüsü eyni hərəkəti etməkdən çəkinməyib. Bunun şahidi olan sərnişinlərdən biri hadisəni mobil telefonu ilə çəkərək bizə təqdim edib. Məntəqəyə daxil olan avtobus yanacaq doldurulduqdan sonra ərazidən uzaqlaşır.
Son vaxtlar içərisində sərnişin olan avtobusların yanacaqdoldurma məntəqəsinə daxil olması müşahidə olunur ki, bunu sərnişinlər də təsdiqləyir.
Sərnişinlər deyirlər ki, bu fakt onlar üçün adi hala çevrilib. İşə və ya mənzil başına gecikəndə sürücü onları avtobusdan endirmədən məntəqəyə daxil olur.
Sərnişin İlham Musayev deyir ki, mən bu cür halın daha çox Sədərək, Binə yolunda baş verdiyinin şahidi olmuşam.
Faktla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, il ərzidnə bu cür 30 fakt aşkarlanıb. Həmin sürücülər də məsuliyyətə cəlb olunublar.
Avtobus və yaxud da nəqliyyat vasitəsi əvvəlcədən xüsusi yaradılmış yer üzrə yanacaqla təmin edilməli və ondan sonra təyin edilmış xətt üzrə hərəkət etməlidir. Əks halda sərnişinlərlə dolu yanacaqdoldurma məntəqəsinə daxil olub yanacaq götürməsi - bu, sürücünün məsuliyyətə cəlb edilməsi deməkdir", - deyə Vaqif Əsədov bildirib.
Ekspertlər isə bu cür hadisələrin baş verməsində təkcə sürücü məsuliyyətsizliyinin deyil, həm də ictimai qınağın olmamasını qeyd edir. Ekspert Azər Allahverənov deyir ki, sürücülər məsuliyyətə cəlb edilməklə yanaşı, sərnişin dolu avtobusu qəbul edən yanacaqdoldurma məntəqəsinin rəhbərliyi də cərimə edilməlidir.
Azər Allahverənov deyir ki, yanacaqdoldurma konkret olaraq hansısa bir şirkətə məxsusdur: "Həmin yanacaqdoldurma məntəqələrinin rəhbərləri qarşısında bu məsələni qaldırmaq lazımdır. Onlar da öz işçilərindən tələb etməlidirlər ki, əgər yanacaqdoldurma məntəqəsinə sərnişinlə dolu hər hansı bir avtobus daxil olarsa, ona xidmət göstərilməməlidir".
Bu cür hadisələrin baş verməməsi üçün Nəqliyyat Nazirliyindən bildirdilər ki, sənişinlər belə halla üzləşərlərsə, qurumun "qaynar xətt"inə müraciət etsin. Qaldı ki, məntəqəyə sərnişinlə bərabər girən həmin avtobus sürücüləri haqqında artıq tədbirlərin görülməsinə başlanılıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
BDYPİ sürücülərə müraciət etdi
XƏBƏR LENTİ
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb





