Şəmkirdə "Əsgər Şöhrəti" bayramı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Müdafiə Nazirliyi və Şəmkir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir şəhər Dövlət Bayrağı meydanında "Bu gün gərək hər anımız Vətən desin!" devizi altında "Əsgər Şöhrəti" bayramı keçirilib.
Milli.Az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və çiçəklər qoyaraq onun xatirəsini böyük ehtiramla yad ediblər.
Nazirliyin zabiti, əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan bu tədbiri müəllif açaraq bayram iştirakçılarını təbrik edib. O, işğal olunmuş torpaqların azad edilməsi üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən görülən tədbirlərdən, bu sahədə vətənin hər bir övladının rolundan danışıb.
Bayram tədbirində Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Rövşən Əkbərov çıxış edərək Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini, polkovnik Elşad Əbilov isə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun təbrik teleqramını mərasim iştirakçılarının diqqətinə çatdırıblar.
Daha sonra Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatı Sahibə Qafarova çıxış edərək mərasimə toplaşan hərbi qulluqçuları, rayon ictimai təşkilatlarının üzvlərini, şəhid analarını, müharibə veteranlarını "Əsgər Şöhrəti" bayramı münasibətilə təbrik edib və tədbirin təşkilində Müdafiə Nazirliyinin xidmətini xüsusilə qeyd ediblər.
Tədbirin əvvəlində müharibə veteranları, xidmətdə fərqlənən hərbi qulluqçular, xüsusi təyinatlı təhsil müəssisələrinin əslən Şəmkir rayonundan olan kursantları gənc Cəsurlar və Şahinlər qoşun növlərinin bayraqları ilə birlikdə böyük izdihamın qarşısından keçiblər.
Sonra Azərbaycan Akademik Milli Dram Teatrının, Gəncə Dövlət Dram Teatrının, Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblının və Gəncə Qarnizonu Zabitlər evi bədii kollektivlərinin iştirakı ilə teatrlaşdırılmış kütləvi mərasim başlayıb.
Mərasimdə Azərbaycanın hərbi şöhrət tarixindən bəhs edilərək qəhrəmanlıq salnaməsi vərəqlənib. Dədə Qorqud, Cavad xan, Molla Pənah Vaqif, Xurşud banu Natəvan, Molla Vəli Vidadi, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov və digərlərinin obrazları aktyorların ifasında məharətlə canlandırılıb, vətənpərvərlik marşı, mahnı və rəqsləri ifa edilib.
"Azəri türkləri" marşının sədaları altında meydana daxil olan Cümhuriyyət ordusunun piyada və süvariləri qiyafəsində olan əsgərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıblar. Xüsusi təyinatlılar da öz məharətlərini göstəriblər. Tədbirdə iştitak edən şəhid anaları döyüş postlarına yola düşən bir qrup əsgərə xeyir-dua verərək, onları yola salıblar.
Sonra Şəmkir rayonu ərazisində şəhid adını daşıyan təhsil müəssisələrinin bir qrup müəllim və şagirdi məşəllərlə əhatə olunmuş meydandan keçərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi libaslı portreti meydana gətirilərək cəbhə bölgəsində döyüşlərdə fərqlənən bir qrup hərbi qulluqçularla görüşdəki nitqindən sitat səsləndirilib, Azərbaycan xalqının və ordusunun hər an Ali Baş Komandanın əmrinə hazır olduqları bildirilib.
Sonda Şəmkir sakinlərinin öz şəxsi bağlarından topladıqları meyvə ilə dolu avtomobil birbaşa çətin dağlıq şəraitdə yerləşən bölmələrin şəxsi heyətinə göndərilib.
Mərasimdən sonra Gənclər Evində "Ordu ilə xalqın birliyi sarsılmazdır!" devizi altında musiqili-ədəbi məclis keçirilib.
Günün ikinci yarısında "Əsgər Şöhrəti" bayramı hərbi hissədə yerləşən Heydər Əliyev Mərkəzinin əsgər klubunda respublikanın xalq artisti İlhamə Quliyevanın iştirakı ilə keçirilən konsert proqramı ilə davam etdirilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Şəmkir şəhərində keçirilən "Əsgər Şöhrəti" bayramı bir daha ordu ilə xalqın monolit birliyini nümayiş etdirib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.














DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





