Azərbaycanda evlilik yaşı qocalır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib."Azərbaycanda nikaha daxil olan kişilərin orta yaş həddi 28, qadınların orta yaş həddi isə 24-dür"
Onun sözlərinə görə, Azərbaycanda 30-35 yaşdan sonra evlənmələrin sayında artım var. Ancaq evlilik üçün yaşın artması yalnız Azərbaycanda müşahidə edilən tendensiya deyil. Bu tendensiya bütün dünyada müşahidə edilir.
A.Veysəlova bildirib ki, ailənin hansı yaşda, necə qurulması, hansı sosial-iqtisadi əsaslar üzərində qurulması ilə bağlı yanaşmalar həmişə dəyişir: "Bu baxımdan istər qızlar, istərsə də kişilər arasında ailə qurma yaşının artması - evliliyin 30-35, bəzən hətta bu yaşdan da yuxarı olması halları olur. Bu, bir neçə amillə bağlı ola bilər".
Komitə rəsmisi hesab edir ki, bu amillərdən biri sosial-psixoloji məqamlarla bağlıdır. Yəni gənclər özlərini evliliyə hazır bilmirlər, iş sahəsində karyera qurduqdan sonra ailə qurmaq istəyirlər: "Digər tərəfdən, daha rahat həyat şəraiti qurduqdan sonra ailə qurmaq istəyənlərin sayı artır. Bu da 30-35 yaşdan sonra evlənmək istəyənlərin sayının artmasına təsir edir. Ancaq bu, bir az fərdi xarakter daşıyır. Bu gün insanların digər ölkələrin nümunələrini əldə etməsi onların dünyagörüşünün dəyişməsinə təsir edir. İnsanlar fikirləşirlər ki, özlərini tam kamil hesab etdikdən sonra ailə qursunlar".
A.Veysəlova deyib ki, bu məsələnin həllinə kompleks yanaşmaq lazımdır: "Komitə olaraq, ailələrin çox olmasının, xüsusilə, sağlam münasibətlər, əsaslar üzərində ailələrin qurulmasının tərəfdarıyıq".
O qeyd edib ki, Azərbaycanda 30-35 yaşdan sonra evlilik hallarının artmasının qarşısını almaq üçün hər hansı qadağa tətbiq etmək olmaz: "Bunun üçün yalnız maarifləndirmə işləri aparmaq, məsləhətlər vermək olar ki, komitə də hazırda yerlərdə bu yönümlü işlər aparır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





