Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Seyid Əzim Şirvanini "vəhhabiləşdirmə" cəhdləri
30 Oktyabr 2014 20:15
1 Şərh
Baxış: 13 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məhərrəm ayının başlaması ilə Kərbəla şəhidlərinin əziz xatirəsinə dünyanın müxtəlif guşələrində olduğu kimi Azərbaycanda da əza məclisləri qurulur. Amma bu məclislərlə paralel İmam Hüseyn (ə) və tərəfdarlarını qətlə yetirənlərin günümüzdə yaşayan mənəvi övladları da baş qaldırır, bu əbədiyaşar hərəkata qara yaxmağa çalışır, guya Azərbaycanın tanınmış ədib, şair və mətəfəkkirlərinin həmişə Aşura ənənələrinin bu məmləkətə yad olduğunu təbliğ etdiklərini söyləyirlər. "Dəlilləri" müxtəlif olur. Son illər tez-tez əl atdıqları "dəlil" isə guya Seyid Əzim Şirvaninin qələmə aldığı "Öküş oğlu" şeridir. Seyidə nisbət verilən bu cızma-qaradan bir neçə sətirini oxucuların diqqətinə çatdırırıq:
Yar kəlləni âşûra günü yar, öküz oğlu,
Zəncir ilə idrakını da sar, öküz oğlu.
Hər millət əgər elm ilə uğraşsa da, sən get,
"Şaxsey" bağırıb böyləcə çək car öküz oğlu.
Qoy molla cebin dolduraraq rövzə bağırsın,
Döy gəllənə sən ağla da zar-zar öküz oğlu.
Sındır qələmi, yax kitabı, ağlını susdur,
Çün böylə buyurmuşdur imamlar öküz oğlu?..
Bu şeiri xüsusən vəhhabilər və təkfirçilər əllərində bayraq edirlər. Amma Əhli-Beytə məhəbbət bəsləyən bu xalqın əcdadları əbəs yerə deməyiblər ki, "yalan ayaq tutar, amma yeriməz". Məsələ burasındadır ki, yuxarıda qeyd edilən misralar Seyid Əzim Şirvaniyə deyil, ateist təfəkkür daşıyıcısı olan Güntay Gəncalpa məxsusdur. O da bu cızma-qarasına ilhamı Seyidin bir başqa şeirindən alıb ki, bir neçə misrasını yenə diqqətinizə çatdırırıq:
Ey badis edən dəhrdə büdət, köpək oğlu!
Etdiz nə səbəb xeyməni qarət, köpək oğlu?
Yoxsa əlivüz çıxmış idi Kərbübəladən,
Düşdü ələ dövranda bu fürsət, köpək oğlu?
Qarət elədin xeyməgəhi-ali-rəsulu,
Gör olmusuz axır nəyə nisbət, köpək oğlu!..
Bax, belə. Bəlkə də, burda təəccüblü heç nə yoxdur. Çünki ateist Güntayla vəhhabilər əqli cəhətdən bir-birinə tam uyğundurlar.
Sonda isə Seyid Əzim Şirvaninin qələminə məxsus olan bir şeri də oxucuların diqqətinə təqdim edirik. Bax, əsl Seyidimiz, Azərbaycan xalqının fəxri belə yazıb:
Mən təriqi-eşqdə cüru cəfadən dönmərəm.
Yüz cəfa qılsa fələk, rahi-vəfadən dönmərəm.
Əl-bəlau lilvila camilə mən məst olmuşam
Cismu candan bak yox, rahi-bəladən dönmərəm
Etsə düşmənlər əgər aludeyi-xun cismimi,
Bir gədayəm mən Şəhi-Kərbubəladən dönmərəm
Zinəti-qəlbimdi hubbi-pak Zeynul-Abidin,
Bəlkə mən ol parsa, ol pişivadən dönmərəm.
Bağiru elmi-Xuda Bağirdi dinə rəhnuma
Bağiru Cəfər ki, Musavu Rizadən dönmərəm,
Muttəqi ol kəsdu kim olsun mənə Miri-Təqi,
Əhli-təqva mən bu Şahi ətqiyadən dönmərəm.
Həm bu aləmdə imamımdır Təqivu həm Nəqi.
Ey şəğavət əhli mən ol padşahdan dönmərəm
Naxini-ummidilə sancılsa payi-Əsğəri
Şəkkəru şükr eylərəm ol Multəcadən dönmərəm.
Qaimu Al Muhəmməddur (s) İmami-Qaibim
Xidmət üçün hazirəm, ol Muxtəfadən dönmərəm.
Seyyida, gər sən dönərsən, dön bulardan, leyk mən.
Dönmərəm, mən dönmərəm, "Haşa və Kəlla" dönmərəm.
İslam.az

DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi