Bakının Parlament prospektində qurulan reklam tablosu sürücülərin işinə çətinlik yaradır. Milli.Az xəbər verir ki, bu barədə oxuculardan biri
Day.Az saytına məlumat verib. Onun sözlərinə görə, axşam vaxtı reklam tablosunun gur işığı sürücülərin gözlərini qamaşdırır. Nəticədə qəza şəraiti yaranır.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə əlaqə saxlayıb. Qurumdan reklam banerinin yerləşdiyi ünvanı soruşublar və tədbir görəcəklərinə dair vəd veriblər.
Milli.AzBöyütmək üçün şəkillərə klikləyin.
