Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mikayıl Cabbarov təhsil müəssisəsinin səmərəliliyinin şərtlərini açıqladı
30 Oktyabr 2014 14:07
Baxış: 1 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hazırkı bazar iqtisadiyyatı şəraitində hər bir təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyi ilk növbədə onun hazırladığı kadrlara əmək bazarına olan tələbatla ölçülür". Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə anlaşma memorandumunun imzalanma mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, planlı iqtisadiyyat dövründə müəyyən mənada ali məktəb məzunlarının işlə təmini məsələsi kənarda qalırdı. Hazırkı bazar iqtisadiyyatı şəraitində hər bir təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyi ilk növbədə onun hazırladığı kadrlara əmək bazarında olan tələbatla ölçülür. Bu da təhsil müəssisələrinin öz fəaliyyətlərini şaxələndirməsini, təhsil sistemində məzunların qazandığı biliklərin iş təcrübəsində tətbiqinə yönəlmiş tədris planlarının olmasını tələb edir.
M.Cabbarov deyib ki, bu tədris ili üçün peşə təhsili sahəsi üzrə hazırlanan qəbul planı ötən illərdə olduğu kimi mövcud bazadan çıxış edərək tərtib edilməyib. Builki qəbul planı əmək bazarı və iqtisadiyyatın strukturunun tələbatları öyrənilməklə hazırlanıb: "Biz ilk dəfə olaraq çalışmışıq ki, Azərbaycanın hər bir bölgəsindəki peşə təhsili müəssisələrinin maddi-texniki bazasını qiymətləndirək, iqtisadi inkişaf proqramını, iqtisadi inkişafı nəzərə alaraq qəbul planını ehtiyaclara uyğunlaşdıraq. İlk dəfə həyata keçirilən hər bir iş kimi, bu iş də qeyri-mükəmməl ola bilər. Ancaq biz ildən-ilə bu istiqamətdəki işlərimizi genişləndirmək niyyətindəyik".
Nazir qeyd edib ki, TN və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında bu gün imzalanmış memoranduma əsasən, sahibkarlarla TN arasında əlaqələrin daha da inkişaf etdirilməsi, özəl sektorda çalışan sahibkarlarla sosial tərəfdaşlığın yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəraitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyət nəzərdə tutulur.
Onun sözlərinə görə, təhsil müəssisələri kadr hazırlığını həyata keçirərkən onların qarşısında duran əsas məqsəd tədris prosesində əldə edilən biliklərin məzunlar tərəfindən işəgötürənlər üçün lazım olan şəkildə tətbiq edilə bilməsidir. M.Cabbarov hesab edir ki, bunun ən düzgün və qısa yolu bu işin işəgötürənlərlə birgə həyata keçirilməsidir: "Təbii ki, bu əməkdaşlıq yalnız bir təhsil pilləsi ilə məhdudlaşmır. Ali, orta ixtisas təhsili pilləsində də bu, tətbiq olunacaq. Mövcud olan kadrların yenidən hazırlanması, peşəkarlığının artırılması bütün təhsil pillələrində həyata keçirilə bilər".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi