Şeyxlə dövlət qurumları arasında qarşıdurma var? - RƏSMİ REAKSİYA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu qurumun sədri şeyxülislam hacı Allahşükür Paşazadə ilə Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında qarşıdurma yaranması barədə məlumatlarla bağlı bəyanat verib.QMİ Allahşükür Paşazadə ilə dövlət qurumları arasında qarşıdurma yaranması haqqında məlumatlara münasibət bildirib
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın APA-ya verdiyi məlumata görə, bəyanatda bildirilir ki, idarə dini mərkəz olaraq hər zaman bu və ya digər ictimai baxımdan əhəmiyyət kəsb edən məsələlərə dini nöqteyi-nəzərdən öz birmənalı mövqeyini bildirir.
Bəyanatda deyilir ki, bu mövqe açıqlanarkən Azərbaycan cəmiyyətinin və dövlətinin maraq və mənafeləri, milli-mənəvi dəyərləri, əsrlərlə formalaşmış ənənələr nəzərə alınır: "QMİ-nin və onun sədrinin bütün fəaliyyəti məhz bu amallar üzərində qurulur. Odur ki, İdarə sədrinin fəaliyyətinin hansısa maraq və ya ambisiyalarla əlaqələndirilməsini yolverilməz sayır, kimlərinsə təxəyyülünün məhsulu kimi dəyərləndiririk. 33 illik fəaliyyəti dövründə şeyxülislam Allahşükür Paşazadənin sadiq olduğu dəyərlər hər zaman Azərbaycan dövlətinin və xalqının dini-mənəvi maraqları üzərində təşəkkül tapıb. İstər Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi, istər Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları İdarəsi üçün ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə bərqərar olması yönündə fəaliyyət hər zaman prioritet təşkil edir və bu istiqamət davam edəcəkdir. Münasibətlərin bu səpkidə inkişafını istəməyən, düşmən dəyirmanına su tökən qüvvələr aralarında qarşılıqlı ehtirama əsaslanan səmərəli əməkdaşlığın mövcud olduğu adıçəkilən qurumlar arasında guya qarşıdurma olduğu barədə böhtan yayırlar. Birmənalı şəkildə bildiririk ki, qurumlar arasında qarşıdurmaya yol açan məqamların mövcudluğu haqda yayılan informasiyalar həqiqətə uyğun deyil".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





