Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hazırkı qanuna görə rota komandirinin, bölük komandirinin tapşırığına əsasən hər bir polis bu qurğudan istifadə edə bilər:
"Dəyişiklik ondan ibarətdir ki, elektroşok qurğusunu gəzdirəcək şəxslərin, yəni zabitlərin dairəsi daxili işlər nazirinin əmri ilə müəyyən ediləcək". Elektroşok vasitələrin tətbiqinin vacibliyini qeyd edən Ə. Hüseynli bildirdi ki, bu vasitə ilə cinayətkarı və cəmiyyətə zərər vermək istəyən şəxsi və ya qrupu zərərsizləşdirmək mümkün olacaq: "Elektroşokdan istifadə etməklə şəxsi və qrupu bir neçə metrlikdən zərərsizləşdirmək mümkün olacaq. Belə bir üsul dünyada mövcuddur və dünyanın bir çox inkişaf etmiş ölkələrində hətta bundan istifadə olunur".
Onun sözlərinə görə, elektroşok 4 halda istifadə olunacaq və ondan ancaq lazımi məqamda istifadə olunacaq: Sənəddə əks olunmuş dəyişikliyə əsasən, cinayətkarın insan həyatına təhlükə yaratdığı halda; kütləvi iğtişaşlar və qiyamlar zamanı; silahlı şəxsin silahdan istifadə etməklə müqavimət göstərmək ehtimalı olduğu halda; həbsdə olan şəxsi güc yolu ilə qaçırmaq istədikdə elektroşokdan istifadə etmək hüququ veriləcək. Layihə müzakirələrdən sonra qəbul edilib.
Maraqlıdır ki, dünya ölkələrindəki əksər polis sistemlərində elektroşokdan istifadə edilir. Amma başda Türkiyə olmaqla, bir çox ölkələrdə bu cihazdan istifadə etməzdən əvvəl polis işçilərinə xüsusi kurs keçilir. Onlar bu halda həmin cihazlardan insan sağlamlığına ziyan vurmadan istifadə qaydalarını öyrənirlər. Belə ki, bəzi cihazlar tərkibi etibarilə normadan artıq zərərli ola bilir və insanın ilk növbədə ürəyini sıradan çıxarır.
Türkiyə polisinə elektroşokdan istifadəyə icazə veriləndə ölkədə buna qarşı ciddi etiraz kampaniyasının aparılması da məhz bu səbəbdən idi. Çünki ilk vaxtlar Türkiyə polisi bu məsələdə çox təcrübəsiz idi və alətdən istifadə etməklə xeyli insanın ölümünə səbəb olmuşdu.
Bu arada "Amnesty International" Avropa Birliyi ölkələrini qanunlarda olan boşluqlardan istifadə etməklə qadağan edilmiş işgəncə alətlərinin satılmasını davam etdirməkdə ittiham edib. Təşkilatın hazırladığı hesabatda Avropa Birliyinin 2006-cı ildə qəbul etdiyi tənzimləmə sənədinə baxmayaraq, birlik ölkələrinin bir çoxunun işgəncə və qeyri-insani rəftarda istifadə edilən alət və vasitələrin satışını davam etdirdiyi bildirilib. İşgəncə alətlərinə əsasən barmaq üçün metal qandal, elektroşok, ayaq zəncirləri, insanların divara bağlanması üçün vasitələr, kimyəvi spreylər aid edilir.
Hesabatda bildirilir ki, barmaq və cinsiyyət orqanlarına 50 min volt elektrik şoku verən cihazlar İtaliya və İspaniya tərəfindən ixrac edilib. Çexiya Respublikası hesabata kimyəvi sprey, müxtəlif növ qandallar və həmçinin elektroşok alətləri satmaqla düşüb. Almaniya isə daha öncə işgəncə və qeyri-insani rəftarlara görə beynəlxalq hesabatlarda adıçəkilən 9 ölkəyə ayaq zəncirləri və kimyəvi sprey ixrac edib.
Bütün AB ölkələri bu cür ixracatlarla bağlı hesabat verməli olduğu halda, "Amnesty International" yalnız 7 ölkənin bu tələbə əməl etdiyini bildirib.
İstanbulun Eminönü bölgəsində əl satışında elektroşok aparatları, spreylər çoxdur. Bir çoxları saxta olsa da, insanlar özünü qorumaq üçün bu əşyalardan istifadə edir.
Elektroşok cihazlarının internet satışı da geniş yayılıb. Hazırda internetdə bu cür xidmət göstərən, yəni onlayn satış həyata keçirən xeyli şirkət var.
Məsələn, onlardan birinin - şarjlı elektroşok cihazının özəlliklərinə və qiymətinə diqqət edək. Onlayn satış həyata keçirən saytlardan birində bu barədə geniş arayış var. Arayışda qeyd olunub ki, son illər insanlara qarşı şiddət faktları artmaqdadır. Bu səbəbdən də özünümüdafiə üçün soyuq silahdan istifadə yolverilməzdir. Belə ki, bu halda insanları ciddi məsuliyyət gözləyə bilər. Elektroşok cihazı isə qarşınızdakı insana hər hansı ziyan vermir. Cihazı qarşı tərəfə toxundurduğunuz zaman keçici olaraq bayğınlıq və əzələ keyləşməsi yaşayır. 30 dəqiqə sonra isə adam tam olaraq əvvəlki sağlamlığına qovuşur. 30 dəqiqəlik müddət isə insanı yaxalayıb polisə təhvil vermək üçün kifayətdir. Haqqında danışdığımız cihazın internetdə qiyməti 45 TL (23 AZN) dəyərindədir.
"Yeni Müsavat"
Elektroşok cihazı nədir?
30 Oktyabr 2014 13:58
1 Şərh
Baxış: 14 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Azərbaycanda polis əməkdaşlarının elektroşokdan istifadəsinə icazə veriləcək. Bununla bağlı parlamentin iki gün öncəki iclasında "Polis haqqında" Qanuna dəyişikliklər müzakirə edilərkən bildirilib.Ona sahib olmaq bir kompüter düyməsi qədər yaxındır

DİGƏR XƏBƏRLƏR
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
XƏBƏR LENTİ
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı