Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı sakini özünə şəxsi lift tikdirir - FOTO
30 Oktyabr 2014 09:17
4 Şərh
Baxış: 3 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının mərkəzində 5-mərtəbəli yaşayış binasının həyətində lift üçün şaxta tikilir. Bu lift binanın 5-ci mərtəbəsindəki mənzili yenicə alan naməlum zəngin tərəfindən qoyulur.
Virtualaz.org saytı xəbər verir ki, bina sakinlərinin narazılığına, görənlərin isə təəccübünə səbəb olan bu hadisə Üzeyir Hacıbəyli küçəsi, bina 59a ünvanında (Mərkəzi Poçtla üzbəüz) baş verib. Yeni mənzil alan şəxs 5-ci mərtəbəyə qalxmaq üçün binanın böyründə özünə xüsusi lift tikdirir.
Qeyd edək ki, adıçəkilən yaşayış binasında ümumiyyətlə lift olmayıb. Binanın yeni sakini olan naməlum zəngin lifti binanın həyətində sakinlərin ümumi isifadəsində olan ərazidə tikdirir. Sakinlər bundan əvvəl həmin yerdə şəxsi avtomobillərini saxlayırlarmış. Liftin şaxtasının bir neçə metrliyində isə bina sakinlərinin istirahət etmək üçün düzəltdikləri "besedka" var.
Virtualaz.org saytının müxbiri sakinlərdən lift tikdirən zənginin kimliyini soruşub. Amma onlar da yeni qonşularını tanımadıqlarını dedilər.
"Bu mənzili kimin aldığını bilmirik. Burada çoxdan idi, təmir işləri gedirdi. Bir gün də baxdıq ki, binanın həyətini qazırlar. Fəhlələrdən soruşduq, dedilər, lift tikirlər. Bu ərazi bina sakinlərinin ümumi istifadəsindədir. İndi buranı zəbt edib lift tikirlər", - deyə bina sakinləri bildirir.
Müxbirimizin mülkün sahibinin kimliyi ilə bağlı araşdırması nəticəsiz qalıb. Bina sakinlərinin bəziləri yeni mənzil sahibinin kim olduğunu bilmədilər, bəziləri isə ümumiyyətlə məsələ haqda danışmaqdan imtina etdilər.
Bu bina ilə bağlı başqa bir maraqlı məqam da var. Bina sözügedən mənzildə tikinti işləri aparılan zaman üzlənib. Onu da qeyd edək ki, lift tikilən evin artırması da var. Halbuki Ü.Hacıbəyli küçəsində olan binaların heç birində əlavə tikili yoxdur. Yalnız ayrıca lifti olacaq mənzilin əlavə tikilisinin olması da diqqətçəkən məqamlardandır.
Xatırladaq ki, yaşayış binalarında sonradan bu cür əlavə artırmaların tikilməsi qadağandır. Məsələni gündəmdə saxlamağa və kimliyi bilinməyən həmin zəngini tapmağa çalışacağıq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi