Metroda insanları xilas edən hərbi qulluqçular yad edildilər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Bakı Metropoliteninin "Ulduz" və "N.Nərimanov" stansiyaları arasında hərəkət edən qatarda 1995-ci ilin oktyabr ayının 28-də baş vermiş faciə zamanı zərərçəkmiş insanları xilas edərkən həlak olmuş hərbi qulluqçuların xatirəsi yad edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Hərbi Liseyin rəhbərliyi, müəllimlər, kursantlar, o cümlədən dəvət olunmuş qonaqlar iştirak ediblər.
Çıxış edənlər 19 il əvvəl baş vermiş partlayış zamanı Hərbi Liseyin zabiti baş leytenant Çingiz Babayev və 3 nəfər kursant - Nicat Səfərov, Samir Məmmədov və Ruslan İsayevi yad edərək onlar haqqında xatirələri ilə bölüşüblər.
Bildirilib ki, faciə anında baş leytenant Ç.Babayev kursantları səfərbər etməklə bərabər özünü odun-alovun içinə ataraq, göstərdiyi misilsiz təşkilatçılığı və fədakarlığı sayəsində onlarla uşaq, qadın və qocanı ölümün pəncəsindən xilas edə biliblər.
Təəssüflər olsun ki, fədakar hərbi qulluqçularımız özləri amansız ölümün pəncəsindən qurtula bilməyiblər. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə faciə zamanı zərərçəkmişlərin xilas olunmasında xüsusi şücaət və qəhrəmanlıq göstərərək həlak olmuş Ç.Babayevə (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib, kursantlar isə "İgidliyə görə" medalı ilə təltif olunublar.
Tədbirdə Ç.Babayevin atası Adil Babayev çıxış edərək Müdafiə Nazirliyinin, Hərbi Liseyin rəhbərliyinə və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib.
Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə də kursantlara müraciət edərək Lisey ənənələrinin davam etdirilməsini, əsl vətənpərvər ruhda böyümələrini və Vətənə layiqli övlad olmalarını bildirib.
Xatirə mərasimində yazıçılar Südabə Sərvi və Aləmzər Sadıqqızının müəllifi olduqları və Milli Qəhrəman Ç.Babayevə həsr olunmuş "Əfsanəvi Qəhrəman" kitabının təqdimatı keçirilib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





