Qış gəldi, dərd gəldi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər Azərbaycanda havaların kəskin soyuması müşahidə olunur. Nəticədə bir çox bölgələrdə, paytaxtın müxtəlif yerlərində qaz, istilik problemləri ortaya çıxıb. Bakının bir neçə kənd, qəsəbəsində qaz yoxdur. Bəzi yerlərdə isə qazın təzyiqi olduqca zəifdir.Noyabrın 15-də qış rejiminə keçiləcək; soyuq otaqlarda təhsil alan şagirdlər xəstəliklərə yoluxurlar
Havaların soyuması və yaranan problemlər orta məktəblərə də ciddi təsir edib. Azərbaycanda qış rejiminə noyabrın 15-də keçildiyi üçün orta təhsil müəssisələrinə istilik verilmir. Nəticədə soyuq otaqlarda təhsil alan şagirdlər xəstəliklərlə üzləşir. Bəzi ölkələrdə havalar soyuyanda qış vaxtına daha tez keçilir. Təəssüflər olsun ki, Azərbaycanda bunun tam əksidir.
Deputat Fazil Mustafa havaların soyumasından sonra vətəndaşların üzləşdikləri problemlərlə bağlı ona çoxlu sayda şikayətlərin daxil olduğunu bildirdi: "Bakıxanov qəsəbəsindən millət vəkili seçilmişəm. Kəndlərdə problemlərin olmasından xəbərim var. Bu, əslində məmurların yarıtmaz fəaliyyəti ilə bağlıdır. Həqiqətən, insanlar qaz problemindən ciddi əziyyət çəkir. İşıq problemləri də əvvəllər aktual idi. İndi də bu problem qalmaqdadır. Amma nisbətən düzəlib. Bütün bu problemlər mütləq həllini tapmalıdır. Biz aidiyyəti orqanların qarşısında daim bu problemlərlə bağlı məsələ qaldırırıq.
Təəssüf edirəm ki, nəticə hələ də istədiyimiz səviyyədə deyil. Bu problemlərdən ən çox əziyyət çəkənlər məktəblilərdir. Seçildiyim əraziyə daxil olmayan yerlərlə də maraqlanıram. Çünki mənə çoxlu sayda şikayətlər olur. İmkanım daxilində bu işlərlə məşğul oluram. İndi Azərbaycanda şərtlər elədir ki, bu cür məsələlərə faktlarla müdaxilələr məmurların işinə heç bir təsir göstərmir. Seçildiyim Bakıxanov qəsəbəsindən də mənə müraciətlər olur. Amma digər ərazilərə baxanda azdır. Bakı kəndlərində istilik problemi daha çoxdur. Çünki əsasən istilik sistemində qazdan istifadə olunur. Qazın verilməsində problemlər yaranması birbaşa istiliyə təsir edir".
"Azəristiliktəchizat" ASC-nın sədr müavini İlham Mirzəliyev istilik sisteminin norma və qaydalarından danışdı: "İsti hava mövsümünün başa çatması və başlaması kiminsə istəyindən, istilik hiss edib-etməməsindən asılı deyil. Bunun üçün norma və qaydalar var. Bu, elmə əsaslanmış qaydadır. Orada qeyd olunur ki, temperatur 6 dərəcədən aşağı olarsa, bu halda istilik mövsümü vaxtından əvvəl başlaya bilər. İndi doğrudur, soyuğu biz də hiss edirik. Temperatur 12-14 dərəcədir. Bayırda 15-16 dərəcə istilik olanda otaqda 18-20 dərəcə olur. Bu hesablanmış sistemdir. Yenə deyirəm ki, bu dərəcədən aşağı olarsa, vaxtından əvvəl başlamaq olar. Bakı kəndlərinə qazın verilməsində problem olduğunu isə ilk dəfə eşidirəm. Qış və yay üçün xüsusi qrafik müəyyənləşib. Ola bilsin ki, noyabrın 15-dən əvvəl istilik verilsin. Xüsusilə bu, məktəb, xəstəxana və uşaq baxçalarına aid ola bilər".
"Yeni Müsavat"
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





